Mukali qoyon Cəlayır

Mukali qoyon Cəlayır (1182–1223) — Monqol ulusunun sərkərdəsi, Çingiz xanın silahdaşı

Mukali qoyon Cəlayır
monq. ᠮᠤᠬᠠᠯᠢ
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Böyük Monqol imperiyasının yaranması həm aristokratiya, həm də sıravi köçərilər içərisindən məşhur sərkərdələr və dövlət xadimləri olmuş istedadlı şəxsiyyətləri meydana çıxardı.

Qəbilə tayfa münasibətlərini sındırıb "dövlət ailədən də üçtündür" ideyasını həyata keçirən kursu davam etdirən Çingiz xan onlara böyük səlahiyyətlər verdi. Dövləti qohumlar yox, silahdaşlar möhkmləndirdi. Monqolların dövlət quruluşunun əsasları "ürlüklər"-- funksional vəzifələrinə və mövqelerinə görə—nazirlər institutu tərəfindən qoyuldu.

Ilkin tarixi mənbələrdə "Çingiz xanın doqquz ürlükləri"ndən birinci tərif olunanlarından Mukali-qoyon (Mukxoli, Qoa Muxulu, Muxuliday) daima xatırlanır. Onun yüksəlişinə — heç nə, — nə mənşəyi, nə hökmdarın ətrafında dünyanın yarısının cəmləşməsi təkan vermişdi. Silahdaşların nüvəsi o qədər xarici düşmənlərlə deyil, nə qədər daxili düşmənlə, o cümlədən qohumlarla amansız qanlı müharibələrdə formalaşmışdı. Bu vəziyyət Çingiz xanın andası (qan dostu) Van xanla birlikdə tatarlar üzərinə qalibiyyətli yürüş edən zaman curkinlər onun köçərilərinə basqın etmişdilər. Arxadan zərbə vuranlar amansızcasına cəzalandırıldı. Darmadağın edilmiş curkinlər düşərgəsində cəlairlər əyanlarının nümayəndələri də ələ keçirildi.

Əsirlərin cəzalandırılması müzakirə olunan zaman onlardan biri özünün kiçik yaşlı Mukali və Buxa adlı oğlanlarını qalibə təqdim edib onların həyatını saxlamaqla xidmətçi qismində qəbul etməsini xahiş etdi. Xahiş qəbul olundu. Üstəlik uşaqlar götürülmə övladlar kimi xan sarayında tərbiyə olundular.

Şərq xalqlarında atalıq geniş yayılmışdı və bu səbəbdən də Çingiz xanın böyük arvadı Bortanın evində götürmə uşaqların sayının doğma övladlardan daha çox olması təəcüblü deyildi.

Müəyyən vaxt keçdikdən sonra Monqol dövlətinin idarə aparatının əsasını məhz onlar təşkil edirdi. Sıravi nökərdən komandirə qədər xidməti pilləvi keçən Mukali özünün patronuna olan sədaqəti və qeyri-adi yüksək sərkərdəlik istedadı sayəsində Şərqin ən təsirli və hörmətli insanları pleyadasına (bu dövrün ən görkəmli şəxsiyyətləri) daxil oldu. Hətta Çingiz xan bəzən onun fikirləri ilə razılaşmaq məcburiyyətində qalırdı. Digər ürlüklərlə birlikdə ona çox vaxt hiddətlənən xanı sakitləşdirib, lazımsız nalayiq addımlardan çəkindirmək, yüksək mövqeli ailədə böhranlı vəziyyətləri yoluna qoymaq lazım gəlirdi. Onun padşah qarşısındakı himayədarlığından həm Borta, həm də çingizlər evinin digər üzvləri istifadə edirdilər. Boroxul-noyanı fəth etmək məqsədilə onlara qarşı çıxmış xori-tumatı öldürülən zaman yalnız Mukali və digər ürlük Bogurçinin aktiv etirazı qəzəblənmiş Çingiz xana çox sevdiyi götürmə oğlunun qisası üçün yürüşə başçılıq etməyə imkan vermədi. Buna müəyyən əsaslar vardı. Ürlüklər hakimiyyətin dayaqları idilər. Onlara ən mürəkkəb tapşırıqlar verilirdi, incə və həssas problemlər ürlüklərə etibar edilirdi. Onlar da borclu qalmırdılar. Mukalinin xana verdiyi əhdin sözləri monqolların şifahi xalq yaradıcılığında şeir formasını alıb:

"…Sənin düşmənini əzərəm,
Sənə qənimətlər yetirrəm.

Mənim atımın quyruğunu duman bürüyür,
Yalının qarşısında günəş doğur…"

Sonuncu iki sətir qəhrəmanın epik xarekteristkasına çevrilib və əgər monqollar orta əsrlər Avropa heraldikasından istifadə edə bilsəydilər, bu sözlər Çöl comərd hərbi zadəganının şəxsi devizinə çevrilə bilərdi.

Mukali Monqolstanın birləşdirilməsi uğrunda əksər döyüşlərdə şəxsən iştirak edib, lakin böyük strateq və dahi sərkərdə şöhrətini Sizin curcen imperiyası ilə döyüş meydanlarında qazanıb.

Amuryanı və Ussuri çöllərində yaşamış curceni köçəriləri, XII əsrdə Lyao kidan imperiyasını darmadağın edərək Yansızı çayından şimaldakı düzən Çinin bütün ərazilərində öz hökmranlığını qura bildi. Sizin həm də, Böyük Çölə iddia etməyə başladı. Monqolların və Curcenlərin qarşıdurması avrasiya dünyasının gələcək siyasi quruluşunu müəyyənləşdirdi. 1210-cu ildə qələbə çöllülərin tərəfinə meyilləndi. Sizin ilə uzun və çətin müharibələrin əvvəlki seriyalarında Mukali Əlahiddə dəstələrə komandanlıq edirdi. 1214-cu ildə o Lyaodunu fəth edir, ertəsi ilin martında isə hücum edib curcenin Şimal paytaxtı Dadinfu zəbt edir. Elə bu kampaniyada monqollar Çinin 862 şəhərini ələ keçirirlər.

Mukali üçün hərbi karyeranın zirvəst, onun 1217-ci ildə Çində tam hüquqlu xan Canişini təyin edilməsi oldu. Onun sərəncamına bir neçə tumenlər və 23 min bilavasitə monqollar verildi.

Qərb sərhədlərinin problemlərinə və Xarəzmlər müharibəyə başı tam qarışmış Çingiz xan cənubi-şərqi hərbi əməliyyat meydanını Mukalinin çiyinlərinə yüklədi. Tapşırıq yüksək ləyaqətlə yerinə yetirildi.

Uğurlar yaxşı təsir bağışlayırdı və ölümünə az qalmış 1223-cü ildə o monqol qoşunlarının bütün sol cinahına komandan təyin olunur. Rəşidəddində o (cinah) "Cungar" kimi xatırlanır və onun məlumatına görə 62 mindən ibarət olan döyüşçülər bütün monqol hərbi kontingentinin yarıdan çoxunu təşkil edirdi. Bunu Sizinlə müharibənin ciddiliyi tələb edirdi.

Mukalinin uğurları layiqincə qiymətləndirildi. O, monqol tarixinin ən titullu tanınmış şəxsiyyətlərindən biri oldu. Onun rütbəsi --"qoa onq cinqsanq tayşi" "Böyük Knyaz" (yaxud Kral), nazir, böyük rəhbər kimi tərcümə olunur (monqollarda bu titul yalnız məşhur və təsir gücünə malik xan övladlarına verilirdi).

"Qoa onq" yaxud "qo van" monqol dilində çox ehtimal "noyan" rütbəsi ilə həmahəng səsləşmməsinə görə "qoyon"a çevrilib. Bu titula yeganə layiq bilinənlər yalnız Mukali və onun oğlu Boqol olub, hərçənd Rəşidəddin bu rütbənin onların bütün nəsillərinə daimi verilməsi haqda danışır.

Mukali qoyon cəlair içərisindən çıxmışdı. Mümkündür ki, bu da Çingiz xan və övladlarının dövründə onlarla cəlair xalqının nümayəndəsi yüksək hərbi və dövlət vəzifələrinə təyin edilməsinə səbəb olmuşdu.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.