Muhallebi

Muhallebisüddən istifadə edilərək hazırlanan və türk mətbəxinə aid bir növ şirniyyat

Muhallebi reseptləri

Muhallebinin bir neçə növü var:

  • sadə muhallebi
  • kadayıflı muhallebi
  • su muhallebisi

Ərzaq

  • 4–5 stəkan süd
  • 1 xörək qaşığı nişasta
  • 2–3 xörək qaşığı un
  • 1 stəkandan 2 barmaq az şəkər tozu
  • 1 çay qaşığı kərə yağı və ya marqarin

Üzərinə:

Hazırlanması

  • Süd, şəkər tozu, nişasta və ələnmiş un qazana tökülür və düyünləri gedənə qədər yaxşıca qarışdırılır.
  • Daima qarışdırılaraq qaynayana qədər bişirilir.
  • Qaynamaya başlayanda bir neçə dəqiqə daha bişirilir və içinə kərə yağı əlavə olunaraq qarışdırılır.
  • Bişdikdən sonra kasalara və ya fincanlara paylanır.
  • İlıqlaşanda soyuducuya qoyula bilər.
  • Servis edərkən darçın tökülür.

Ərzaq

  • 300 qram kadayıf
  • 3 xörək qaşığı kərə yağı
  • 5 xörək qaşığı şəkər tozu
  • Yarım stəkan qoz və ya fındıq

Muhallebisi üçün

  • 1 litr süd
  • 3 xörək qaşığı un
  • 3 xörək qaşığı qarğıdalı nişastası
  • 1 stəkan şəkər tozu
  • 1 yumurta sarısı
  • 1 paket vanil
  • 200 qram maye krem (və ya 1 paket kremşanti)

Hazırlanması

  • Əvvəlcə, kadayıflar əl ilə qırılır və kərə yağı əridilir.
  • İçinə şəkər tozu və kadayıf əlavə olunur, yüngül qəhvələşincəyə qədər qovurulur.
  • İçinə qoz da əlavə edilir və bir az da qovurulur. Sonda soba söndürülür.
  • Muhallebi üçün başqa bir qazana vanil və süd kremindən başqa bütün ərzaq tökülür və qaynayana qədər daima qarışdıraraq bişirilir.
  • Bişdikdə içinə süd kremi və vanil də əlavə olunub yaxşı qarışdırılır.
  • Dördbucaqlı istiyədavamlı şüşənin alt hissəsinə kadayıfın yarısı əlavə olunur və qaşıqla düzəldilir.
  • Muhallebinin hamısı kadayıfın üstünə tökülür və bərabər şəkildə yayılır. Kadayıfın qalan qismilə də muhallebinin üstü örtülür.
  • Soyuducuda ən azı 4–5 qaldıqdan sonra dilimlənib servis edilir.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.