Mucibur Rəhman
Şeyx Mucibur Rəhman (benq. শেখ মুজিবুর রহমান; d. 17.3.1920 — ö. 15.8.1975) — Banqladeş Respublikasının siyasi lideri və dövlətin qurucusu. Banqladeş Respublikası Müvəqqəti Hökumətin baş naziri olmuş və 1971-ci ildə Banqladeşin ilk prezidenti seçilmişdir. Xalq arasında Şeyx Mucib və ya sadəcə Mucib adlanan Mucibur Rəhman, Bangabandhu (benq. বঙ্গবন্ধু — Banqladeş xalqının dostu) adına layiq görülmüşdür. O, həmçinin Banqladeş xaqlnını atası adlanır. Onun qızı Şeyx Hasina 2009-cu ildə ölkənin baş naziri seçilmişdi.
Mucibur Rəhman | |
---|---|
benq. শেখ মুজিবুর রহমান | |
| |
Banqladeş prezidenti | |
17 aprel 1971 – 12 yanvar 1972 | |
Baş nazir | Tacəddin Əhməd |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Səyid Nazrul İslam |
Banqladeş baş naziri | |
12 yanvar 1972 – 24 yanvar 1975 | |
Prezident | Əli Səid Çoudxuri Məhəmməd Məhəmmədullah |
Əvvəlki | Tacəddin Əhməd |
Sonrakı | Əli Mənsur |
Banqladeş prezidenti | |
25 yanvar 1975 – 15 avqust 1975 | |
Baş nazir | Əli Mənsur |
Əvvəlki | Məhəmməd Məhəmmədullah |
Sonrakı | Xondaker Muştaq Əhməd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tonqipara, Benqal əyaləti, Britaniya Hindistanı |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Dəkkə, Banqladeş |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Partiya |
Bütün Hindistan Müsəlman Liqası (? - 1949)[1] Banqladeş Avami Liqası (1949-1975) Banqladeş Kirsak Sramik Avami Liqası |
Təhsili |
Maulana Azad Kolleci Dəkkə Universiteti |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Şeyx Fazilatunes Mujib[2] |
Uşaqları |
Şeyx Hasina[2] Şeyx Rehanna[2] Şeyx Kamal[2] Şeyx Camal [2] Şeyx Rasel[2] |
Dini | sünnilik[3] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mucibur Rəhman Britaniya Hindistanının Benqal əyaləti Gopalganc rayonu Tongipara kəndində anadan olmuşdur[4]. Kəlküttə və Dakka Universitetlərində hüquq və siyasi elmlər ixtisaslarında təhsil aldı. Gənc yaşlarından İngilislərə qarşı azadlıq hərəkatına qoşulur və həbs edilir. 1949-cu ildə Avropa Birliyinin qurucuları arasında yer aldı və birliyin baş katibliyi vəzifəsini tutdu. 1955-ci ildə Pakistan Milli Məclisinə üzv seçildi. 1958-ci ildə inqilabla hakimiyyətə gələn Əyyub xana qarşı çıxdı. 1965-ci ildə Şərqi Pakistanın muxtariyyət verilməsi üçün proqram hazırladı. Ölkəni parçalamaq səbəbi ilə günahlandırılaraq həbs edilən Mucibur xalqın təzyiqi ilə azad edilir. 1969-cu ilin martında Əyyub xanın yerinə Yəhya xan hakimiyyətə keçdi.
Yəhya xan Mucibur Rəhmanın istəklərinə çox sərt münasibət bəslədi. Qərbi Pakistan ordusunu Şərqi Pakistana yeritdi. Şərqi Pakistan əhalisi Hindistana sığındı. Hindistan silahlı qüvvələri hesabına Qərbi Pakistanı məğlub etdilər. hakimiyyətə gələn Zülfüqar Əli Butto tərəfindən azadlığa buraxılan Mucibur 1972-ci ilin yanvarında Banqladeşin baş naziri olur. 1975-ci ilin əvvəllərindən prezident vəzifəsinidə ələ keçirdi. 1975-ci ilin 15 avqust tarixində çevrilişlə hakimiyyətdən getdi və ailəsi ilə birlikdə öldürüldü.
Həmçinin bax
İstinadlar
- Ahmad, Syed Nur; Baxter, Craig; Ali, Mahmud (1985). From martial law to martial law: politics in the Punjab, 1919–1958. Boulder, Colorado: : Westview Press. p. 338
- Kādira, Muhāmmada Nūrula (2004). Independence of Bangladesh in 266 days: history and documentary evidence. Dhaka: Mukto Publishers. p. 440.
- https://islamansiklopedisi.org.tr/muciburrahman.
- Rashid, Harun-or. "Rahman, (Bangabandhu) Sheikh Mujibur" Arxivləşdirilib 2017-12-13 at the Wayback Machine Asiatic Society of Bangladesh. İstifadə tarixi:2015–11-8