Muğanlı (Xocavənd)
Muğanlı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd.[1] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Muğanlı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Muğanlı | |
---|---|
39°49′36″ şm. e. 47°08′28″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 298 m |
Saat qurşağı | |
|
Toponimikası
Kənd Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[2]
Tarixi
Tarixi abidələri
- Məscid
- Seyid Rza günbəzi (XIV əsr)
Əhalisi
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[3] | XXXX | XXXX | XXXX |
2009[4] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Tanınmış şəxsləri
Şəhidləri
Ümumilkdə kəndin səkkiz şəhidi olub.
- Abbasov Cəsarət Adil oğlu (1974-1993)
- Balakişiyev Rövşən Misir oğlu (1967-1992)
- Hüseynov Elşən Əvəz oğlu (1973-1994)
- Quliyev Səxavət Bostan oğlu (1963-1992)
- Quliyev Şirxan İsmixan oğlu (1992-2020)
- Namazov Xəyal Xudaverdi oğlu (1986-2020)
- Nəsirov Fuad Məhərrəm oğlu (1971-1994)
Mədəniyyəti
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
- "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 59" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-12.
- Muğanlı (Xocavənd) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.
Xarici keçidlər