Muğanlı (Ağstafa)

MuğanlıAzərbaycan Respublikasının Ağstafa rayonunun inzibati-ərazi vahidində kənd.

Kənd
Muğanlı
41°20′41″ şm. e. 45°11′49″ ş. u.
Ölkə  Azərbaycan
Region Gəncə-Qazax iqtisadi rayonu
Rayon Ağstafa rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 256 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0525[1]
Muğanlı xəritədə
Muğanlı
Muğanlı

Tarixi

Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər.

Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[2]

Şəxslər

Həmçinin bax

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh.119.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.