Muğanlı (Şamaxı)
Muğanlı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.
Muğanlı | |
---|---|
40°39′51″ şm. e. 48°31′42″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər.
Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[1]
Coğrafiyası və iqlimi
Bakıdan 118 km, Şamaxıdan Ağsu rayonu istiqamətinə doğru 10–12 km məsafədə yerləşir.
Əhalisi
Kənd əhalisi 1140 nəfərdir ki, onunda 574 nəfəri kişi, 566 nəfəri isə qadınlar təşkil edir.
Həmçinin bax
İstinadlar
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.119. (az.)