Muğancıq (Üçkilsə)
Muğancıq, Muğan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Muğancıq | |
---|---|
40°11′01″ şm. e. 44°15′26″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 880 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Tarixi
Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin adı sonralar Muğan kimi rəsmiləşdirilimişdir[2]. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə[3], 1728-ci il mənbələrində Muğanlı kimi[4], Qafqazın 5 verstlik xəritəsində Muğancıq kimi[5] qeyd edilmişdir.
Toponim muğanlı türk etnonimi[6][7] əsasında formalaşmışdır. Muğancıq muğan və Azərbaycan dilində kiçilmə mənası bildirən -cıq şəkilçisindən ibarətdir. «Kiçik Muğanlı» mənasını ifadə edir. Muğanlılar Muğan düzündə yaşamış türk dilli Azərbaycan tayfalarının ümumi adıdır. Sonralar muğanlıların bir hissəsi şahsevən türk tayfasının tərkibinə daxil olmuşdur[8]. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- Армянская ССР. Административнотерриториальное деление, Ереван, «Айастан», 1976. s.228
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.169
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.47
- Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.178
- Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.535-537
- ASE, VII c., B., 1983, s.85
- ASE, VII c., B., 1983, s.85