Mozdok rayonu
Mozdok rayonu (oset. Мæздæджы района) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Mozdok şəhəridir.
Mozdok rayonu | |
---|---|
43°45′ şm. e. 44°39′ ş. u. |
|
Ölkə | |
İnzibati mərkəz | Mozdok |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 2 iyun 1924 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Mozdok rayonu respublikanın şimalında, Terek çayının hər iki sahili boyunca uzanır. Rayonun ümumi sahəsi — 1071,12 km².
Qərbdə Kabarda-Balqariyanın Terek və Proxladnenski rayonları, şimalda Stavropol vilayətinin Kursk rayonu, şərqdə Çeçenistanın Nadterek rayonu, cənub-şərqdən İnquşetiyanın Malqobek rayonu, cənubdan isə Şimali Osetiyanın Kirov və Pravoberejnı rayonları ilə həmsərhəddir.
Zonallıq üzrə rayon iki hissəyə bölünür — düzənlik və alçaq dağlıq. Rayonun şimal hissəsini əsasən düzənliklər əhatə edir. Terekçayının sol sahili boyunca ərazilərdə orta hündürlük dəniz səviyyəsindən 120-150 metr əraziləri əhatə edir. Terek çayının sağ sahilinə yaxın ərazi boyunca qərbdən şərqə doğru silsilə uzanır. Rayonun mərkəzi hissəsindən Terek silsiləsi keçir ki, onunda maksimal hündürlüyü 400 metrdir. Rayonun cənubu istiqamətdən keçən Kabardin-Suja silsiləsinin isə maksimal hünddürlüyü 800 metrdir.
Rayonun hidroloji şəbəkəsi əsasən Terek və onun qolu olan Kurp üzərində qurulmuşdur. Rayon ərazisi çoxlu sayda kanallara sahibdur:Lenin adına Terek-Kum kanalı, Malokabardin kanalı, Nadterek kanalı, Qızılyar kanalı.
Tarixi
- Mozdok qəzası
1785-ci ildə təşkil olunan Qafqaz vilayəti təşkil olunur. Bu vilayətə 6 qəza daxil edilir. Onlardan biridə mərkəzi Mozdok olan Mozdok qəzasıdır.
1822-ci ildə Qafqaz əyaləti əvvəlki sərhədlərini dəyişdirmədən vilayət adlandırıldı və Stavropol vilayətin mərkəzi təyin edildi.
1827-ci ildə Mozdok bir qəzaya çevrildi.
1847-ci ildə imperator I Nikolayın fərmanı ilə Qafqaz vilayəti Stavropol əyaləti adlandırıldı. Mozdok qəzası Stavropol əyalətinin tərkibindən şıxarıldı. Əyalət ərazisinin bir hissəsi, Mozdok ilə birlikdə Pyatiqorsk qəzasına daxil edildi.
29 noyabr 1866-cı il Mozdok şəhəri Stavropol əyalətindən Terek vilayətinə verildi[2]
1921-ci ildə Terek vilayəti Terek quberniyasına çevrilir. Bu zaman quberniyanın tərkibinə 5 qəza daxil olur: Qeorqievsk, Qızılyar, Mozdok, Pyatiqorsk və Svyatokrestovı.
- Mozdok rayonu
2 iyun 1924-cü ildə Terek vilayəti ləğv edilir və razisində mərkəzi Pyatiqorsk olan Terek dairəsi və mərkəzi Mozdok olan Mozdok rayonu təşkil edilir.
1930-1937-ci illərdə rayon Şimali Qafqaz diyarının tərkibinə daxil olur. Diyarın adı 1937-ci ildə Ojərjonikidze, 1943-cü ildə isə Stavropol diyarı olaraq adlandırılır.
Rayon müasir sərhədlərini 1944-cü ildə alır. Bu zaman Stavropol vilayətindən Mozdok rayonu Şimali Osetiya MSSR, Kur rayonu Kabarda-Balkariya MSSR, Malqobek rayonu isə Çeçen-İnquş MSSR-na verilir.
Əhali
- Urbanizasiya
Şəhər şəraitində rayon əhalisinin 47,78 % yaşayır.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
ruslar | 42 296 | 49,95 % |
qumuqlar | 15 732 | 18,58 % |
osetinlər | 8 430 | 9,95 % |
ermənilər | 2 807 | 3,31 % |
türklər | 2 639 | 3,12 % |
kabardinlər | 2 114 | 2,50 % |
çeçenlər | 2 008 | 2,37 % |
qaraçılar | 1 492 | 1,76 % |
inquşlar | 1 324 | 1,56 % |
koreyalılar | 1 066 | 1,26 % |
ukraynalılar | 900 | 1,06 % |
digərləri | 3 043 | 3,59 % |
milliyyətini bildirməyənlər | 831 | 0,99 % |
ümumi | 84 682 | 100,0 % |
- Cins tərkibi
2010-cu il məlumatına əsasən[4]:
yaş | kişi, nəf. |
qadın, nəf. |
ümumi say, nəf. |
Ümumi əhaliyə nisbəti, % |
---|---|---|---|---|
0 — 14 yaş | 9 174 | 8 465 | 17 639 | 20,83 % |
15 — 59 yaş | 26 022 | 27 458 | 53 480 | 63,15 % |
от 60 yaş | 4 688 | 8 873 | 13 561 | 16,02 % |
bildirməyənlər | 2 | 0 | 2 | 0,002 % |
ümumi | 39 886 | 44 796 | 84 682 | 100,0 % |
Kişilər — 39 886 nəf. (47,1 %). Qadınlar — 44 796 nəf. (52,9 %).
Əhalinin orta yaşı: 36,1 yaş. Kişilərin orta yaşı: 33,1 yaş. Qadınların orta yaşı: 38,8 yaş.
İqtisadiyyat
Rayon ərazisində neft və qaz kəmərləri, neft anbarları, yanacaqdoldurma məntəqələri, yanacaq-sürtkü anbarları mövcuddur.
Mozdok şəhərinin yaxınlığında Mozdok Hərbi Hava Qüvvələri Aerodromu və bir neçə hərbi hissə fəaliyyət göstərir.
Kənd təsərrüfatı Mozdok rayonu Şimali Osetiyanın əsas qazanc gətirən yerlərindən biridir. Bölgənin kənd təsərrüfatına cəlb olunan sahəsi 83,974 ha, bunun da 69,289 ha əkin sahələridir. Burada arpa, buğda, sənaye bitkiləri əkirlir. Özəl sektorda əsasən tərəvəz yetişdirilir: digər bölgələrə ixrac olunan pomidor, xiyar, soğan.
Rayonda 4 KTA (Kəndli Təsərrüfatı Asossasiyası), 7 kolxoz, 5 sovxoz, 1 ASC, 2 kənd təsərrüfatı elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir.
Təhsil
30 ictimai kitabxana,
2 uşaq kitabxanası,
12 uşaq bağçası,
35 orta ümumtəhsil məktəbi,
Ümumtəhsil internat məktəbi,
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat-məktəb,
3 musiqi məktəbi,
1 rəssamlıq məktəbi,
4 idnan məktəbi,
Aqrar-Sənaye Texnikumu,
Moskva İqtisadiyyat və Hüquq Akademiyası (Mozdok filialı),
Mozdok Mexaniki-Texnoloji texnikumu,
Mədəniyyət sarayı (Mozdok),
Uşaq Yaradıcılıq Evi (Mozdok).
Mədəniyyət
Mozdok Diyarşünaslıq Muzeyi.
Qumuq Dram Teatrı.
2 Kinoteatr.
Rəssamlıq qalereyası.
Nəqliyyat
Rayon ərazisində avtomobil şəbəkəsi yaxşı inkişaf etmişdir. Ərazidən Şimali Qafqaz dəmiryolu keçir. Demək olar ki, Mozdok şərq-qərb yolunun üzərində, nəqliyyat qovşağında yerləşir.
Mənbə
- Официальный сайт АМСУ Моздокского района Arxivləşdirilib 2012-07-31 at the Wayback Machine
İstinadlar
- 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- "Ставкомархив" (PDF). 2021-12-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-16.
- "Том 4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- "Том 2. Возрастно-половой состав и состояние в браке". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.