Mozambik silsiləsi
Mozambik silsiləsi - Hind okeanıında yerləşən sualtı silsilə. Cənub-qərbdə Aqulyas şərqdə isə Mozambik çökəkliyi yerləşir. Silsilənin uzunluğu 1100 km, eni 300 km təşkil edir. Səthə ən yaxın yerinin dərinliyi 1207 m, ən dərin yeri isə 2900 m təşkil edir. Silsilənin suxurları materik məşəllidir. Bu səbəbdən onu bəzən Afrikanın sualtı davamı hesab edilir.
Faunası zəngindir. Burada 44 fəsiləyə 130 növə aid balıq vardır[1]
Silsilə Danimarka elmi-araşdırmacı "Qalateya" gəmisi tərəfindən 1951 ildə [2] araşdırılmışdır.
İstinadlar
- О составе талассобатиальной ихтиофауны и промысловой продуктивности мозамбикского подводного хребта (rus.)
- "Hind okeanının dib reylefi". 2011-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.