Moza bint Nasir əl-Misnəd
Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند) — Qətərin birinci xanımı.
Şeyxa Moza bint Nasir əl-Misnəd | |
---|---|
ərəb. موزا بنت ناصر المسند | |
Doğum tarixi | 1959/1958 |
Doğum yeri | Əl Khor, Qətər |
Həyat yoldaşı | Hamad bin Xəlifə Al-Sani |
Uşaqları |
Yasim bin Hamad Təmim bin Həməd Əl Məyəssə bint Hamad Coan bin Hamad Məhəmməd bin Hamad Xəlifə bin Hamad Hind bint Hamad |
Atası | Nasir bin Abdullah əl-Misnəd |
Fəaliyyəti | siyasətçi, beynəlxalq forum iştirakçısı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub.
O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb.
2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib[1].