Movses Akopyan

Movses Qrantoviç Akopyan (erm. Մովսես Հակոբյան; 4 fevral 1965, Çartar) — Ermənistan hərbi komandiri, general-polkovnik (2017), Xocalı soyqırımını törədənlərdən biri. O, 2007– 2015-ci illərdə tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) müdafiə naziri, 3 sentyabr 2016-cı ildən 24 may 2018-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuşdur.

Movses Akopyan
erm. Մովսես Հրանտի Հակոբյան
Ermənistanın Baş Qərargah rəisi[d]
3 oktyabr 2016 24 may 2018
ƏvvəlkiYuri Xaçaturov
Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri[d]
11 may 2007 15 iyun 2015
ƏvvəlkiSeyran Ohanyan
SonrakıLevon Mnatsakanyan
Şəxsi məlumatlar
Doğum tarixi 4 fevral 1965(1965-02-04) (59 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası
Qoşun növü Mexanikləşdirilmiş piyada
Döyüşlər
Rütbəsi general-leytenant

Təltifləri "Qırmızı ulduz" ordeni "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Vartan Mamikonyan" ordeni 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı "Döyüş xidmətlərinə görə" medalı "Marşal Baqramyan" medalı "Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı "Beynəmiləlçi-döyüşçüyə" döş nişanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Movses Qrantoviç Akopyan 4 fevral 1965-ci ildə Azərbaycan SSR-nin Martuni rayonu tərkibində olan Çartar kəndində anadan olmuşdur. O. 1982-ci ildə Çartar kəndindəki orta məktəbi bitirmiş və həmin il Qazaxıstan SSR-də Sovet İttifaqı Marşalı İ. S. Konyev adına Almatı Ali Ümumqoşun Komandirlər Məktəbinə motoatıcı taqım komandiri ixtisası üzrə daxil olmuşdur. 1986-cı ildə məzun olmuşdur.

1986–1987-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Ermənistan SSR-nin Kirovakan şəhərindəki 15-ci motoatıcı diviziyasının 353-cü motoatıcı alayında taqım komandiri vəzifəsində çalışmışdır.[1] 19871988-ci illərdə Bədəxşan vilayətinin Feyzabad şəhərində Türküstan Hərbi Dairəsinin tərkibində SQƏMK-nin 860-cı ayrı-ayrı motoatıcı alayının 5-ci motoatıcı rotasının komandir müavini olmuşdur.[2]

1988-ci ildə Xankəndi şəhərində dislokasiya olunmuş Zaqafqaziya Hərbi Dairəsinin 23-cü Qvardiya motoatıcı diviziyasının 366-cı motoatıcı alayına ezam olunmuş, 1992-ci ilin mart ayına qədər burada motoatıcı taqım komandiri, sonra rota komandiri vəzifələrində xidmət etmişdir. Birinci Qarabağ müharibəsində iştirak etmişdir. O, Xocalı soyqırımının təşkilatçılarından biridir.[3]

19931998-ci illərdə Xocavənd 2-ci müdafiə bölgəsinin komandiri, 1998–1999-cu illərdə Əsgəran müdafiə bölgəsinin komandiri olmuşdur. 19992000-ci illərdə DQR Müdafiə Ordusu komandanının döyüş hazırlığı üzrə müavini vəzifəsində çalışmışdır. 20002001-ci illərdə DQR Müdafiə Ordusu komandanının birinci müavini olmuşdur. 14 mart 2000-ci ildə ona general-mayor hərbi rütbəsi verilmişdir.[4]

24 iyul 2002-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirdikdən sonra Ermənistan müdafiə nazirinin müşaviri, 2003-cü ilin iyulundan isə DQR Müdafiə Ordusu komandanının birinci müavini, qərargah rəisi vəzifəsinə təyin edilmişdir. 11 may 2007-ci ildə tanınmamış DQR prezidenti Arkadi Qukasyanın fərmanı ilə müdafiə naziri və DQR Müdafiə Ordusunun komandanı təyin edilmişdir. 25 may 2007-ci ildə ona general-leytenant hərbi rütbəsi verilmişdir.[4] 15 iyun 2015-ci ildə Ermənistan Prezidenti Serj Sarkisyanın fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilmişdir. 20 may 2016-cı ildə Ermənistan prezidentinin fərmanı Ermənistan müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini təyin edilmişdir. 3 oktyabr 2016-cı ildə Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Movses Akopyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilmişdir. 24 may 2018-ci ildə vəzifədən azad edilmişdir.

30 dekabr 2017-ci ildə ona general-polkovnik hərbi rütbəsi verilmişdir.[5]

Mükafatları

  • Qırmızı Ulduz ordeni
  • Qondarma Dağlıq Qarabağ Respublikasının 1-ci dərəcəli "Döyüş xaçı" ordeni
  • Ermənistan Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni
  • 2 sentyabr 2002-ci ildə "Artsax Qəhrəmanı"
  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2015)
  • 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" medalı
  • Müqəddəs Vardan Mamikonyan ordeni
  • bir sıra digər dövlət medalları

İstinadlar

  1. Феськов В.И., Голиков В.И., Калашников К.А., Слугин С.А. «Вооруженные Силы СССР после Второй мировой войны: от Красной Армии к Советской. Часть 1: Сухопутные войска». Томск: Издательство Томского университета. 2013. 533. ISBN 978-5-89503-530-6.
  2. "Бешкарев Александр Иванович. «Афганистан. 860 омсп. Файзабад»". 2016-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-25.
  3. "Niyə Xocalı qətliamı üçün 26 fevral seçildi?". Axar.Az. 27 fev 2023. 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  4. "Биография Акопяна Мовсеса Грантовича на сайте Министерства обороны Армении". 2016-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-25.
  5. "Указ Президента РА". 2018-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-28.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.