Mount & Blade: With Fire & Sword
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur[2]. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür.
Mount & Blade: With Fire & Sword | |
---|---|
Hazırlayanlar | TaleWorlds |
Yayımlayanlar | Paradox Interactive |
Seriya | Mount & Blade (seriya) |
Buraxılış tarixləri | 4 may 2011 |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janr | action/RPG |
Texniki məlumat | |
Platforma | Microsoft Windows |
Oyun rejimi | birnəfərli oyun[1], çoxnəfərli oyun[1] |
İnterfeysin dili | ingilis dili[1], fransız dili[1], ispan dili[1], alman dili[1], türk dili[1], polyak dili[1], sadələşdirilmiş Çin dili[d][1], ənənəvi Çin dili[d][1], çex dili[1], yapon dili[1] |
Daşıyıcı | rəqəmsal distribusiya |
İdarəetmə | kompüter siçanı |
Rəsmi saytı Rəsmi saytı |
Məzmunu
Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur. Hər mədəniyyətin özünəməxsus memarlıq xüsusiyyətləri var. Məsələn, kilsə və məscid kimi müqəddəs yerlər var. Mount & Blade: Warbanddan fərqli olaraq, qala mühasirələrində birdən çox pilləkən vardır. Qala mühasirələri təkmilləşdirilmişdir. Oyuna rüşvət vermək və yemək arabalarını zəhərləmək imkanı əlavə edilmişdir. Yeni animasiyalar mövcuddur. Oyunda Mount & Blade ve Mount & Blade: Warbanddan fərqli olaraq: silah, tüfəng, tapança və qumbara istifadə edilə bilər. Yeni SkyBoxes mövcuddur. Əsgərlər yalnız təcrübəsiz, rütbəli və elitadan irəli çəkilə bilər, ancaq silahları və zirehləri istədikləri kimi dəyişdirilə bilər. Depozit, faiz və bank sistemləri də mövcuddur. Oyunda üç fərqli ssenari var. Oyunçu bu üç ssenaridən birini seçə bilər.
Krallıqlar
Oyun XVII əsrdə Avropada baş verir. Oyunçu Avropa hökmranlığını ələ almaq üçün mübarizə aparır. Bu istehsalın digər oyunlardan fərqi ilk dəfə həqiqi krallıqların istifadəsidir.
Oyunda 5 krallıq var. Bunlar,
- Kazak Hetmanlığı
- Polşa-Litva İttifaqı
- Rus çarlığı
- İsveç Krallığı
- Krım xanlığı (Əslində Osmanlı tabeliyindədir)
Kazak Hetmanlığı
Kazak Hetmanlığı, vəhşi ruha sahib olan azad döyüşçülərdən ibarət Ataman Boqdan Xmelnitskinin rəhbərliyi altında olan Ukraynanın bir bölgəsidir.
Kazaklar azadlığı uğrunda Polşa ilə vuruşurlar. Ataman Boqdan hər hansı bir Polşa təhdidinə qarşı Rusiyadan kömək almaqda çətinlik çəkir. Kazan Hetmanlığı Böyük Moskva knyazlığı ilə birlikdə Polşa Respublikasına yürüş edəcək.
Reç Pospolita
Reç Pospolita Polşa Respublikası və ya Litva-Polşa Birliyi kimi də tanınır. Kral Jan Kazimierzin hakimiyyətindədir. Bu üsyançı bölgədə üç fərqli millət vardır. Bunlar polyaklar, litvalılar və ukraynalılardır. Reç Pospolita Qanadlı Hussar süvariləri ilə məşhurdur. Zəngin bir orduya sahib olsalar da, zəif olmaları bir səltənətin sonu ola bilər.
Rus Çarlığı
Od və Qılınc əsrindən yenidən doğulmuşdu. Rusiya özünü çarların nəzarəti altında çox güclü görür. Rus çarının oyunda hakimiyyəti Romanovlar sülaləsindən olan çar Aleksey Mixailoviçin nəzarəti altındadır. Moskva çarizmi Reç Pospolitadan itirdikləri torpaqları geri qaytarmaq üçün yüksək keyfiyyətli və yaxşı təchiz edilmiş ordusuna güvənir.
İsveç Krallığı
Zəngin, tərəfsiz və bu günə qədər güclü İsveç Krallığının tüfəngləri və güclü süvari ordusu var və onlar səbirlə Rusiya-Polşa qarşıdurmasının məğlub tərəfini fəth etməyə hazırlaşırlar. İsveçlilər heç saraylarında və ya evlərində dayanmırlar, həmişə qonşu ölkələrin sərhədlərində keşik çəkirlər. O dövrdə İsveç Krallığına Kral X Karl Qustav rəhbərlik edirdi.
Krım xanlığı
Müttəfiqlər arasında sıxılmış bir xanlıq. III İslam Gəray xanın tərəfindən müttəfiqlər sayəsində gücləndirilən Krım xanlığı çar Rusiyası və Reç Pospolita tərəfindən qorunur və tezliklə özünü aciz və müdafiəsiz görəcəkdir. Krım xanlığı gələcəkdə Kazak Hetmanlığına xəyanət edərək çətin anlar yaşaya bilər. Və ola bilər ki, çox sürətli atlı oxatanlarını başqa bir yerə göndərsin.
Multiplayer
Odla və qılıncla eyni ilə Warband kimi, 64 nəfəri dəstəkləyən çoxnəfərli oyun rejiminə malikdir. Və Warbandın 7 fərqli oyun rejimi ilə müqayisədə Odla və qılıncla daha yeni bir oyun rejiminə sahibdir. Kapitan Deathmatch adını daşıyan bu rejimdə hər bir şəxsə müəyyən sayda bot verilir və bundan istədiyi kimi istifadə edə bilər.
İstinadlar
- Steam. 2003.
- "Arxivlənmiş surət". 2012-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.