Mosul qəzası

Mosul qəzası (ərəbcə: قضاء الموصل) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın və mühafazanın inzibati mərkəzi Mosul şəhəridir.

Mosul qəzası
36°21′28″ şm. e. 43°05′57″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 4.471 km²
Mosul qəzası xəritədə
Mosul qəzası
Mosul qəzası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazisi

2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 4.471 km² ərazini əhatə edir.[1][2]

İnzibati-ərazi bölgüsü

İnzibati cəhətdən altı nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Mosul nahiyyəsi (ərəbcə: قضاء الموصل)[3], Başixa nahiyyəsi (ərəbcə: ناحية بعشيقة), Şura nahiyyəsi (ərəbcə: ناحية الشورة), Hamam əl-Əlil nahiyyəsi (ərəbcə: ناحية حمام العليل), Kiyarra nahiyyəsi (ərəbcə: ناحية القيارة) və Məhəlləbiyə nahiyyəsi (ərəbcə: ناحية المحلبية).

Əhalisi

10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Mosul qəzasının əhalisi 1.588.428 nəfər olmuşdur.[4] Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır.[5] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Mosul qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 51.13%-ni təşkil edirdi.[4]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.