Moskva Triumfal Darvazası
Moskva Triumfal Darvazası (rus. Московские Триумфальные ворота) – 1834-1838-ci illərdə V. P. Stasovun layihəsi əsasında Rusiya-Osmanlı müharibəsinin (1828-1829) qələbə ilə nəticələnməsi şərəfinə Sankt-Peterburqda inşa edilmiş triumfal arkadır. Abidə Moskovski və Liqovski prospektlərinin arasında yerləşən Moskva darvazası meydanında yerləşir.[1]
Moskva Triumfal Darvazası | |
---|---|
rus. Московские Триумфальные ворота | |
59°53′29″ şm. e. 30°19′09″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Moskva Darvazası meydanı |
Tikilmə tarixi | 1834—1838 |
Üslubu | Ampir |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810318000 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1936-cı ildə Moskva darvazası şəhər mərkəzinin cənuba, Hökumət Evi qarşısındakı Moskva meydanına köçürülməsi məqsədi ilə Moskva darvazasının demontaj olunmasına başlanmışdır.
Bu layihə çərçivəsində Moskva darvazasının yerində planlaşdırılan parkın salınması nəzərdə tutulmuşdu.[2]
1959-1960-cı illərdə darvaza tarixi-memarlıq abidəsi kimi 1936-cı ilin layihəsi əsasında əvvəlki yerində bərpa olunmuşdur (memarlar E. N. Petrova və İ. Q. Kaptsyuq).
1965-ci ildə Moskva darvazası qarşısındakı meydana Moskva meydanı adı verilmişdir. 1968-ci ildə isə meydanın tarixi adı bərpa olunaraq Moskva darvazası meydanı adlandırılmışdır.
1961-ci ildə inşa edilmiş və vestibülü meydanda yerləşən metro stansiyası da “Moskva darvazası” adlanır.
- Abidənin profil görünüşü
- Sankt-Peterburq prayd həftəsi çərçivəsində Göyqurşağı bayrağının rənglərinə boyanmış Moskva darvazası
İstinadlar
- Горбачевич К. С. , Хабло Е. П. Почему так названы?:Справочник. — СПб, Норинт, 2006
- Петербургский метрополитен. Линия 2, Станции и тоннели Arxivləşdirilib 2008-03-09 at the Wayback Machine на сайте Санкт-Петербургская интернет-газета Arxivləşdirilib 2021-07-30 at the Wayback Machine
Ədəbiyyat
- Гусаров А.Ю. Памятники воинской славы Петербурга. — СПб, 2010. — ISBN 978-5-93437-363-5.
Xarici keçidlər
- "Московские ворота" (rus). Прогулки по Петербургу. İstifadə tarixi: 2010-09-03.