Moskva Dövlət Universitetinin əsas binası
Moskva Dövlət Universitetinin əsas binası (rus. Гла́вное зда́ние МГУ)) — dünyanın ən hündür təhsil binası, Sərçə dağlarında yerləşən Moskva Dövlət Universitetinin mərkəzi binası. Tikilmiş yeddi "Stalinin göydələnləri"ndən ən hündürü. Hündürlüyü - 183,2 m (şipil ilə - 240 m), mərkəzi binanın mərtəbələrinin sayı - 32 (36)[1]. Dəniz səviyyəsindən hündürlüyü - 194 metrdir[2].
Moskva Dövlət Universiteti | |
---|---|
55°42′11″ şm. e. 37°31′50″ ş. u. |
|
Yeri | Rusiya |
Tikilmə tarixi | 1949-1953 |
İstifadəsi | 1 sentyabr 1953 |
Hündürlüyü | |
Antena / Şpil | 240 m |
Dam | 183,2 m |
Texniki göstəriciləri | |
Mərtəbə sayı | 36 |
Lift sayı | 67 |
Memar | Boris İofan, Lev Rudnev, Serqey Çernışev, Pavla Abrosimov, Aleksandr Xrakov, Vsevolod Nasonovun, Vera Muxina |
Vikianbarda əlaqəli mediafayllar |
1949-1953-cü illərdə memarlar Boris İofan (baş memar vəzifəsindən uzaqlaşdırıldı), Lev Rudnev, Serqey Çernışev, Pavla Abrosimov, Aleksandr Xrakov və mühəndis Vsevolod Nasonovun layihəsinə görə inşa edilmişdir. Vera Muxina isə fasadların heykəl dizaynı üzərində işləyirdi.
Tarixi
13 yanvar 1947-ci ildə, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibiİosif Stalinin təklifi ilə SSRİ Nazirlər Soveti "Moskvada çoxmərtəbəli binaların inşası haqqında" qərar qəbul etdi. Stalin dövlət xadimi Georgi Popova çoxmərtəbəli binaların inşasına nəzarət etməyi tapşırdı. Sənədin bəndlərindən birində Lenin (indiki Sərçə) dağlarında 32 mərtəbəli bir binanın inşası nəzərdə tutulmuşdu.
Tarixçi Nikolay Krujkovun sözlərinə görə, Moskva Universitetində çoxmərtəbəli bir binaya yerləşmə qərarı 1947-ci ilin iyununda Stalin Moskva Dövlət Universitetinin rektoru, akademik Aleksandr Nesmeyanovla görüşdükdən sonra qəbul edilmişdir.
Çərçivəsi üçün 40.000 tondan çox polad və 130.000 kubmetri beton təşkil edən tikili, 1 sentyabr 1953-cü ildə istifadəyə verildi. Tikildiyi zamana(1953) 240 metr hündürlüyünə görə dünyanın ən hündür 7-ci tikilisi idi, eyni zamanda Avropada ən hündür bina idi. Avropada olan brinciliyi yalnız Messeturm(1988) göydələnin inşasına kimi davam etdi[3].
Universitet, 1949-cu ildə Stalin mükafatına layiq görülmüş, Lev Rudnev binalarından ən yaxşısıdır.
Xüsusiyyətləri
Göydələnin mərkəzi hissəsi 36 mərtəbədən ibarətdir və 240 metr hündürlüyündədir. Dama qədər olan hündürlük 182 metrdir[4]. Tikilinin hündürlüyü, 57 tonluq ağırlığında olan 12 metrlik beşguşəli ulduzla bitir. Kompleksin digər qüllələri mərkəzdən daha aşağıdır. Əsas binanın 18 mərtəbəli uzanan "qanadları" mərkəzi qülləyə münasibətdə mütləq simmetriyaya malikdir. Binanı bəzəyən heykəllər arasında Moskva Dövlət Universitetinin yaradıcısı Mixail Lomonosovun (1711-1765) heykəli də var. Bina müxtəlif təbii daşla üzlənmiş, əsas və ona bitişik olan tikililər mərmər və qranitdən hörülmüş, döşəmənin əsas materialı keramik plitələr ibarətdir. Binanın dekorativ elementləri və
Universitet binaları təqribən 1,6 kvadrat kilometr ərazini əhatə edir. Kompleks 2000-ci ildə əsaslı təmir edilmişdir[5].
Moskva Dövlət Universitetinin əsas binası geniş ictimai üçün açıq deyil. Universitetə gələn xarici qonaqlar əvvəlcədən universitet rektoru tərəfindən təsdiqlənməli və daxil olmaq üçün daxili pasport (rus) və ya beynəlxalq pasport təqdim etməlidirlər.
Universitetin ərazisi fakültələrə bölünmüşdürː "A" əsas sektorunda geologiya(3-8 mərtəbə), texniki-riyazi (12-16 mərtəbə) və coğrafiya fakültələri (17-22 mərtəbə) yerləşir. Binanın bir hissəsində rektorant(9-10 mərtəbəli), idarə və elmi kitabxana yerləşir. 24-31 mərtəbələrdə Yerşünaslıq Muzeyi mövcuddur. Bundan əlavə 1500 nəfərlik akt zalı, 640 yerlik Mədəniyyət sarayı zalı vardır.
Qalereya
İstinadlar
- Ромодин, 2008
- Николай Кружков. "Из истории московских небоскребов. Все московские высотки были заложены в один день". Главному зданию МГУ – 50 лет. 2018-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-01.
- Лидия Утемова. "10 интересных фактов о главном здании МГУ". Культура.РФ. 2018-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-01.
- "Главное здание Московского университета". Географический факультет МГУ имени М. В. Ломоносова. 2018-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-01.
- "Lomonosov Moscow State University Main Building". EMPORIS GMBH. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.