Moskva Cümə Məscidi
Moskva Cümə Məscidi — Rusiyanın Moskva şəhərindəki ən böyük və əzəmətli məscidi.
Moskva Cümə Məscidi | |
---|---|
rus. Московская соборная мечеть | |
55°46′45″ şm. e. 37°37′37″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Moskva |
Yerləşir | Moskva |
Aidiyyatı | Rusiya imperiyası |
Memar | Nikolay Jukov |
Tikilmə tarixi | 1904, 2011–2015 |
Sahəsi |
|
Vəziyyəti | əla |
Rəsmi sayt | mihrab.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Yenidənqurma və bərpa işləri
2015-ci il sentyabrın 23-də məscidin yenidənqurma və bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbas da iştirak edib. Tədbirə Tatarıstan prezidenti, Çeçenistan, Dağıstan, eləcə də Rusiyanın digər subyekt başçıları, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin, Ümumrusiya azərbaycanlılar Konqresinin, Azərbaycandakı əfqan icmasının və tatar diasporunun nümayəndələri və digərləri də qatılıb.[1]
Tikinti xüsusiyyətləri
Məscidin sahəsi bərpadan sonra 20 dəfə artırılaraq 19 min kvadratmetrə çatdırılıb. Bərpadan sonra məsciddə eyni vaxtda 10 min möminin namaz qıla biləcək. Altı mərtəbəli məsciddə 7 lift var. Məscidin günbəzi 46 metr, diametri 27 metrdir.[2]
Məscidin minarələrində quraşdırılmış eyvanlardan bütün Moskva şəhərini seyr etmək mümkündür. Məscidin tikintisinə 170 milyon dollar xərclənib.[3]
İstinadlar
- "Moskva "Cümə" məscidinin açılış mərasimi keçirilib" (az.). musavat.com. 23.09.2015. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
- "Moskva: Cümə məscidi təmirdən sonra" (az.). novator.az. 23.09.2015. 2015-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
- "Moskvada Cümə Məscidinin açılışı oldu" (az.). reaksiya.az. 23.09.2015. 2016-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.