Moruxlu
Moruxlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Moruxlu | |
---|---|
40°44′ şm. e. 45°48′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Kənd 1961-ci ildə inzibati ərazi vahidi statusu alıb.
Toponimikası
Moruxlu oyk. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Zada çayının (Zəyəm çayının qolu) sahilində, dağlıq ərazidədir. Yaşayış məntəqəsini XIX əsrin ikinci yarısında buraya Tovuz r-nundan köçüb gəlmiş ağcaqalalı, kəlbəəhmədli, çənlər, Goranboy r-nundan köçüb gəlmiş qılıclı və Qazax r-nundan köçüb gəlmiş kəsəmənli nəsillərinə mənsub ailələr Moruqlu dərəsi adlanan ərazidə salmışlar. Kənd həmin ərazinin adını daşıyır. Oykonim Moruğlu, Moruxlu variantlarında da qeydə alınmışdır.[1]
Coğrafiyası və iqlimi
İqlimi soyuqdur. Ən yüksək nöqtəsi 1295 m.-dir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 902 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629