Mortal Kombat (videooyun, 2011)

Mortal Kombat - "NetherRealm Studios" oyun şirkəti tərəfindən 2011-ci ildə yaradılan, döyüş oyunudur. Videooyun "Warner Bros. Interactive Entertainment" oyun şirkəti tərəfindən istehsal edilmişdir. Videooyun "Mortal Kombat: Armageddon" seriyasının süjetini davam etdirir. Həmçinin, bu seriyada ilk üç seriyanın hekayəsi izah olunur. Bu seriyada döyüş növləri 2D seriyalarına bənzəyir. Döyüşlər əvvəlki kimi 2D ölçüdə keçirilir. Döyüşçülər və arenalar isə 3D qrafikində hazırlanmışdır. 2011-ci ildə PlayStation 3 və "Xbox 360" platformaları üçün istehsal edilmişdir. 2012-ci ildə "PlayStation Vita" platforması üçün videooyunun portativ versiyası hazırlanmışdır. Həmin ildə videooyunun geniş versiyası "Mortal Kombat: Komplete Edition" adı ilə "PlayStation 3" və "Xbox 360" platformaları üçün istehsal edilmişdir. 2013-cü ildə "Mortal Kombat: Komplete Edition" adı ilə Microsoft Windows platforması üçün istehsal edilmişdir.

Mortal Kombat
Hazırlayan NetherRealm Studios
Yayımlayan Warner Bros. Interactive Entertainment
Seriya Mortal Kombat
Anons tarixi 2011
Buraxılış tarixi 2011-ci il
Janrlar Faytinq oyunu
Texniki məlumat
Platformalar PlayStation 3
Xbox 360
PlayStation Vita
Microsoft Windows
Mühərriklər Unreal Engine 3
Oyun rejimi birnəfərli oyun[1], çoxnəfərli oyun
İnterfeysin dili ingilis dili[1], alman dili[1], fransız dili[1], italyan dili[1], ispan dili[1], braziliya portuqal dili[1]
Daşıyıcı Blu-ray Disc, rəqəmsal distribusiya
İdarəetmə geympad, klaviatura
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarici keçidlər

  1. Steam. 2003.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.