Mortal Kombat: Deception (oyun, 2004)
Mortal Kombat: Deception - "Midway Games" oyun şirkəti tərəfindən 2004-cü ildə yaradılan, döyüş oyunudur. "Mortal Kombat II" oyunundakı gizli personaj olan "Nub Saybot"un əsl şəxsiyyəti məhz bu oyunda meydana çıxır. Məlum olur ki, Nub Saybot (oyunda Nub Smouk kimi) Smouk obrazından istifadə edərək kiberdemonlar ordusu yaratmaq istəyir. Həmçinin, Nub Saybot əslində birinci turnirdə Skorpion tərəfindən öldürülən Sab-Zirodur.
Mortal Kombat: Deception | |
---|---|
Hazırlayan | Midway Games |
Yayımlayan | Midway Games |
Seriya | Mortal Kombat |
Anons tarixi | 2004 |
Buraxılış tarixi | 2004-cü il |
Janrlar | Faytinq oyunu |
Texniki məlumat | |
Platforma | Xbox[1], PlayStation 2[1] |
Oyun rejimi | çoxnəfərli oyun, birnəfərli oyun |
İdarəetmə | geympad |
Rəsmi saytı |
Hekayə
"Ölümcül döyüş" turnirində Liu Kenqin qələbəsindən əvvəl Yerin döyüşçüləri Yeraltı dünyada olan Əjdahalar kralları Kuan Çi və Şanq Tsunqun ordusunu məğlub edə bilmədilər. Bu səbəbdən Rayden təklikdə "Ölümcül Alyansa" çağırış etdi. Lakin cadugərdlərin sehrinə qarşı tab gətirə bilmədi. Buna baxmayaraq Kuan Çi və Şanq Tsunq arasında münasibətlər kəskinləşməyə doğru gedirdi. Keçmiş müttəfiqlər bir-biri ilə vuruşmağa başladılar. Kuan Çi Şanq Tsunqu məğlub edir. Amma onun bu triumfu (qələbəsi) uzun müddətli olmur. Sarayda Onaqa adında döyüşçü peyda olur. Qədim əhvalatlar artıq reallığa çevrilmişdir. Əjdahalar kralı həqiqətən də, Yeraltı dünyaya, ordusunu və taxtını geri qaytarmaq məqsədilə geri qayıtmışdır. Buna görə də, Kuan Çi, Şanq Tsunq və Reyden birləşərək kinli qüvvəyə qarşı mübarizə aparırlar. Amma Reyden hər şeyin əlacsız olduğunu görüb, özünü, bütün Şanq Tsunqun sarayını partladır. Təəssüf ki, onun bu şücaəti boşa çıxır. Partlayış heç cür Əjdahalar kralına təsir etmir və Onaqa Şinnokun amuletini götürür.
Mortal Kombat: Unchained
"Mortal Kombat: Unchained" videooyunu "Mortal Kombat: Deception" seriyasının portativ versiyasıdır. "Just Games Interactive" oyun şirkəti tərəfindən hazırlanmış və 2006-cı il tarixində "PlayStation Portable" platforması üçün istehsal edilmişdir. Fransada "Mortal Kombat: Deception" ifadəsinin tərcüməsində yaranan problem ilə əlaqədar olaraq, bu videooyunun adı "Mortal Kombat: Mystification" kimi tanınır.