Mortal Kombat
Mortal Kombat (azərb. Ölümcül döyüş, qısa variantı: MK) – "Action" (ing. Hərəkətli) janrında hazırlanan oyunlardan biridir. "Midway Games" kompaniyası tərəfindən yaradılmışdır. "Mortal Kombat" oyunu rəngarəng döyüş fəndləri ilə seçilir. Bu döyüş fəndlərində qəddarlıq müşahidə olunur.
Mortal Kombat seriyası | |
---|---|
Janrlar | Faytinq oyunu |
Yaradıcılar | Ed Bun və Con Tobias |
Nəşrçilər | Midway Games NetherRealm Studios |
İlk buraxılış | Mortal Kombat |
Tarixi
"Mortal Kombat" videooyunu 1991-ci ildə Ed Bun, Con Tobias, Con Vogel və Den Forden tərəfindən hazırlanmağa başlanır.[1] İlk vaxtlarda Ed Bun və Con Tobias videooyun qəhrəmanının Jan-Klod Van Dammın olacağını düşünürdülər. Lakin yeni hazırlanacaq videooyun, janrındakı qəddarlıq xüsusiyyətinə görə "Street Fighter II" kimi döyüş janrlı oyunlardan fərqlənməli idi. Bu səbəbdən oyunun məzmunu dəyişdirilir.[2] Personajlardan yalnız "Conni Keyc" Jan-Klod Van Dammın xüsusiyyətini daşıyırdı.[3] Həmçinin, digər oyunlardan fərqli olaraq bu oyunda kompüter qrafiklərindən olan şifrəli spraytlardan istifadə edilmişdir. "Mortal Kombat" videooyunu 1992-ci ildə "Midway Games" kompaniyası tərəfindən istehsal edilmişdir.
Geympley
Klassik seriyalar olan "Mortal Kombat" (1992), "Mortal Kombat 2" (1993) və "Mortal Kombat 3" (1995)", həmçinin, onların əlavəsi "Ultimate Mortal Kombat 3" (1995) və "Mortal Kombat Trilogy" (1996) seriyaları 2D janrında hazırlanmışdır. "Mortal Kombat 4" (1997) seriyasından başlayaraq seriyalar 3D formatında hazırlanmağa başlanılır. "Mortal Kombat: Armageddon" (2006) seriyası özündə bütün epizodlarıdakı personajları ehtiva edərək "Mortal Kombat" seriyalarının müasir süjet xəttini bitirir. 21 aprel 2011-ci il tarixində "Xbox 360", "PlayStation 3" kimi platformalar üçün "Mortal Kombat" adlı videooyun istehsal edilmişdir. Ardınca PC, "PS Vita" platformaları üçün hazırlanmışdır. Videooyunda "Unreal Engine 3" hərəkətindən istifadə edilir. Geympley daha çox "Mortal Kombat" seriyasının 2D formatında hazırlanmış klassik seriyalarına bənzəyir.
Oyunun seriyaları
İl | Videooyun | Qeydlər |
---|---|---|
1992 | Mortal Kombat | |
1993 | Mortal Kombat 2 | |
1995 | Mortal Kombat 3 | |
1995 | Ultimate Mortal Kombat 3 | |
1996 | Mortal Kombat Trilogy | |
1997 | Mortal Kombat 4 | |
1997 | Mortal Kombat Mythologies: Sub-Zero | Baş qəhrəman: Sab-Ziro |
1999 | Mortal Kombat Gold | Seriyanın altıncı nəsil videooyun platformasında istehsal edilmiş ilk epizodu |
2000 | Mortal Kombat: Special Forces | Baş qəhrəman: Ceks |
2001 | Mortal Kombat: Advance | |
2002 | Mortal Kombat: Deadly Alliance | |
2003 | Mortal Kombat: Tournament Edition | |
2004 | Mortal Kombat: Deception | |
2005 | Mortal Kombat: Shaolin Monks | Baş qəhrəmanlar: Liu Kenq və Kunq Lao |
2006 | Mortal Kombat: Unchained | Fransada "Mortal Kombat: Mystification" adı ilə tanınır |
2006 | Mortal Kombat: Armageddon | Seriyadan əvvəlki epizodların bütün personajlarını ehtiva edir |
2007 | Mortal Kombat vs. DC Universe | |
2011 | Mortal Kombat | |
2015 | Mortal Kombat X |
Personajlar
Personajlar | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
MK1 | MK2 | MK3 | UMK3 | MKT | MK4 | MKDA | MKD | MKA | MK9 (2011) |
İstinadlar
- "Mortal Kombat: Ed Boon Interview". Official Nintendo Magazine. October 23, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 2, 2009.
- "Mortal Kombat Deception Instruction Booklet". Midway Amusement Game, LLC. 2004. p. 15.
- GamePro 58 (May 1994), page 28–31