Moris Fabbri

Moris Albertoviç Fabbri (it. Moris Fabbri; ən geci 1885ən tezi 1934, Bakı) — italyan-azərbaycan əsilli Rusiya və Sovet rəssamı, kitab illüstratoru, qrafik, muzey işçisi. İlkin rus avanqardının iştirakçısı və Mixail Larionov qrupunun üzvü olub. Osmanlı İmperiyası tərəfindən I Dünya Müharibəsi iştirakçısı idi.

Moris Fabbri
it. Moris Fabbri
rus. Морис Альбертович Фаббри
Doğum tarixi ən geci 1885
Vəfat tarixi ən tezi 1934
Vəfat yeri
Fəaliyyəti rəssam
Təhsili
  • Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbi[d] (19101912)

Moris Fabbri təxmini 1885-ci ildə italyan kişi və azərbaycanlı qadının nikahından dünyaya gəlmişdir. Fabbri çox da cəlbedici olmayan bir sifətə malik idi: arıq, uzun, qıvrım, qarasaçlı. O, rus dilində ləhcə ilə danışar və qrammatik səhvlərlə yazardı ("rus dilini bilmədən aydın fikir söyləmək mənə çox çətindir" – deyərdi). Vərəm xəstəsi idi.

1910-cu ilin əvvəllərində Fabbri Moskvada Memarlıq və Rəssamlıq məktəbinə daxil olur. O, bu məktəbdə oxuyarkən həm ödənişlə bağlı, həm də dolanışacaqla bağlı maddi sıxıntılar yaşadı. Təhsil alarkən müdiriyyət tərəfindən ödənişlə bağlı dəfələrlə xəbərdarlıqlar almışdır.

Yeni rəssamlıq forması ilə sərbəst fəaliyyətə başlayan Fabbri özünə həmfikirlər taparaq Mixail Larionovun və Natalya Qonçarovanın ətrafında birləşirdilər. O, daha çox Mixail Le-Dantyu ilə yaxınlıq edərdi və o, M. Dantyunu öz əsərlərində çox dəyərləndirirdi. 1912-ci ildə Moris Fabbri və Yanko Lavrinlə birlikdə Gürcüstan və Osetiyaya səyahətlər etmiş Le-Dantyu və İlya Zdaneviç ətrafında birləşdilər.

Müəllimlərlə Fabbri arasında qarşılıqlı anlaşma olmadığından 1912-ci ildə Fabbri məktəbi tərk etmək qərarına gəlir. O, 1913-cü ilin lap əvvələrindən Odessada Rişelye küçəsi ev 48. mənzil 11-də yaşamağa, orada müalicə olunmağa və rəssamlıq etməyə başlayır.

1914-cü ilin avqustunda İlya Zdaneviç Mixail Le-Dantyuya yazırdı:-" mən hələ də Qolovinski prospekti ilə gəzişən Febbrini müşahidə edirəm"…

I Dünya Müharibəsi zamanı Moris Fobbri siyasətə qoşulur və İrana qədər gedib çıxır, oradan Rusiya İmperiyasına qarşı vuruşan Osmanlı İmperiyasının ordusuna daxil olur. 1916-cı ilin noyabrında Olqa Leşkova cəbhəyə, Le-Dantyuya belə yazırdı: Sizi maraqlandıran Məcidül-Sultanın kolleksiyaları haqqında müəyyən bir şey öyrənmək mümkün olmadı, amma onu dəqiq demək olar ki, onlar çox səliqəli bir formada Tiflisdən çıxarılmışdır. Müharibə başlar-başlamaz şahzadələr İrana yollanmışlar, haradakı rusofil və türkofil partiyalarda parçalanmalar baş vermişdi. Məcidül-Sultan və Ərdəşir türklərin tərəfinə keçmişlər. Onların arasında uzunboylu qaraşın italyan soyadlı birisi də olmuşdur ki, onun da Fabbri olduğu aydın olur. Rus ordusunun təzyiqləri altında onlar geri çəkilmişlər. Onları Urmiyada, Təbrizdə də görmüşlər. Rus ordusu İsfahana daxil olarkən, onların hamısı Bağdada qaçmışlar.

1923-cü ildə Fabbrini Bakıya gəlir. O, 1926-cı ildən şəhər muzeylərinin birində işləməyə başlayır. Muzeydə onun həmkarı yaxın dostlarından biri Vladimir Obolinski olur. 1928-ci ildə "Bakinski raboçi" qəzetinin nəşriyyatında Boris Serebryakovun "Sayad Nova" poeması nəşr olunurdu və kitabın üz qabığındakı şəkil Moris Fabbrinin əl işi idi. Fabbri həm də Sovet Azərbaycanının 10 illik yubileyi ilə əlaqədar bədii sərginin də iştirakçısı olmuşdur. Bundan başqa o, 1933-cü ildə Moskvada keçirilən "Azərbaycan SSR Rəssamlarının əsərlərindən ibarət sərgi"nin iştirakçısı da olmuşdur və bu sərgiyə "Kənd Sovetinə seçkilər" və "Oxumaq, oxumaq və yenə də oxumaq" adlı 2 plakatı ilə qoşulmuşdur.

1933-cü ildən sonra Moris Fabbri haqda dəqiq məlumat əldə edilmişdir.[1]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.