Montqomeri avtobus xətti insidenti
Montgomery avtobus xətti insidenti, Amerika Birləşmiş Ştatlarının Alabama əyalətinin Montgomery şəhərində ictimai nəqliyyatdakı irqi ayrı-seçkilik tədbirlərinin ləğv edilməsini müdafiə edən qaradərili sakinlərin təşkil etmiş olduğu dinc etirazdır. Qarşıdurma 1 dekabr 1955-ci ildən 20 dekabr 1956-cı ilədək davam etmiş və ABŞ Ali Məhkəməsinin nəqliyyatda irqi ayrı-seçkiliyi qanunsuz elan etdiyi qərarı ilə sona çatmışdır.
Montgomery qanunlarına görə, zəncilərin ilk dörd sırada oturması qadağan idi, səbəbi isə bu yerlərin “yalnız ağlar” üçün ayrılmış yerlər olması idi. “Yalnız ağlar” üçün nəzərdə tutulan bütün yerlər tutulmuşdusa, arxa cərgələrdə qaralar üçün nəzərdə tutulan yerlərdə oturan qaralar durmalı və bu yeri avtobusdakı ağ rəngli sərnişinlərə vermək məcburiyyətində idilər.
Martin Lüter Kinq 1955-ci ildə cənub əyalətlərində ictimai nəqliyyatda ayrı-seçkiliyin təzahürünü belə təsvir etmişdir:[1]
Avtobus sürücüləri arasında zəncilər yoxdur və bəzi ağdərili sürücülər nəzakətli olsalar da, ağ dərili sürücülərin həddindən artıq çoxu qaradərililərə qarşı təhqir və söyüşlər həyata keçirdirlər. Avtobusda qara dərililər də bağırdıqca, təbii olaraq səsləri eşidilir: “Qara İnək”, “Zəncilər”, “Qara meymun”. Tez-tez zəncilər girişdə gediş haqqını ödəyirdilər və daha sonra arxa platformadan yenidən avtobusa minmək üçün enməyə məcbur olurdular və çox vaxt zəncilər gediş haqqını götürərək arxa qapıya gəlmədən avtobus tərk edirdilər... Avtobusda “yalnız ağlar üçün” boş yerlər var idi. Avtobusda ağ dərili sərnişinlər olmasa da, yaxud da qaralar çox olsa da, ilk dörd oturacaqda oturmağa icazələri yox idi. Ancaq bu hamısı deyildi. Ağlar üçün ayrılmış bütün yerlər onsuz da onlar tərəfindən tutulmuşdusa və yeni ağ rəngli sərnişinlər avtobusa girsəydilər, ağlar üçün ayrılmış oturacaqların arxasındakı qorunmayan yerlərdə oturan qaradərilər qalxıb onlara yer verməli idilər. Zənci bunu etməkdən imtina edərdisə, həbs olunurdu. Əksər hallarda zəncilər bu qaydaya etiraz etmədən riayət edirdilər, baxmayaraq ki, zaman-zaman bu alçaldıcılığa tabe olmaqdan imtina edənlər də var idi.
1 dekabr 1955-ci ildə Alabama ştatının Montqomeri şəhərində Roza Parks adlı 42 yaşlı qara dərili dərzi, bir ağdərili kişiyə oturacağından qalxaraq yer verməkdən imtina etdi. O tutuldu və cərimə cəzasına məhkum edildi. Eyni zamanda, Montgomerydə, həmin ildə, qaradərili kişilər daxil olmamaq şərti ilə, avtobuslarda beş qadın və iki uşaq həbs olundu, bir qara dərili sürücü tərəfindən vuruldu. Martin Lüter Kinqin təşəbbüsü ilə şəhərin qaradərili sakinləri ictimai nəqliyyatda boykot elan etdilər, qara avtomobil sahibləri başqa insanları daşıyırdılar. Afrikalı Amerikalılar Azadlıq Gəzintisi adlı 381 günlük boykota dəstək verdilər.
Avtobus şirkətləri, şəhərdəki bütün sərnişinlərin təqribən 70% -ni zəncilər təşkil etdiyindən, ciddi itkilərə məruz qaldı. Başlanğıcda şəhər səlahiyyətliləri hərəkatı mediada yanlış məlumatlar yaymaq və liderləri nüfuzdan salmaqla bölməyə çalışdılar. Ancaq bu istiqamətdəki uğursuzluqlardan sonra polis hərəkatın fəallarını təqib etməyə başladı: qaradərili sürücülər dayandırıldı və müxtəlif bəhanələrlə həbs olundular. Sonra Ku Klux Klan tərəfindən təhdid mesajları aktivistlərin evlərinə gəlməyə başladı, 1956-cı ilin yanvarında Kingin evinə bomba atıldı. Bundan sonra, səlahiyyətlilər 1921-ci il tarixli “antiboykot” qanununu tətbiq etdilər, təxminən 100 fəal həbs olundu. Aktivistlərə qarşı məhkəmələr ABŞ xaricində məşhurlaşmağa başladı.
Federal region məhkəməsində aktivistlər tərəfindən açılan məhkəmə davasındam sonra, avtobuslarda ayrı-seçkiliyin qanunsuz olduğu qərara alındı. Montgomery vəkillər bürosu ABŞ Ali Məhkəməsinə apellyasiya şikayəti vermiş və bölgə məhkəməsinin qərarını qüvvədə saxlamışdı. Elə həmin gecə, 40 yük maşını ilə gələn Ku Klux Klan üzvləri sakinləri qorxutmaq üçün yürüş təşkil etmişdirlər. 20 dekabr 1956-cı ildə Montgomerydə şəhər avtobuslarının ayrılması ləğv edildi.
İrqçilər bu qərara terrorla cavab verdilər: avtobuslar atəşə tutuldu, qaradərili sakinlər olan məhəllələrdə bombalar partladıldı və sakinlər döyüldü.
Həmçinin bax
İstinadlar
- Киселев В. Ненасильственный опыт движения за гражданские права в США (50-е — 60-е гг.) Arxivləşdirilib 2008-09-18 at the Wayback Machine / Опыт ненасилия в XX столетии: Социально-этические очерки. Под ред. Р. Г. Апресяна. М.: Аслан, 1996. — 280 с.