Monteneqroda turizm

Monteneqroda turizm — iqtisadiyyatın sürətlə inkişaf edən aparıcı sektorlarından biridir[1] 2009-cu ildə turizm mənfəəti 2007-ci illə müqayisədə 39% artaraq 480 milyon avroya (2007) qarşı 569 milyon avro (2009) təşkil etmişdir. Adriatik sahili 295 km təşkil edir, bunun 72 kilometri çimərliklərdir.

Müqəddəs Stefan oteli
Kotor buxtası
Perast

Tarixi

2012-ci il üçün turistlər arasında ən populyar şəhərlər:

Kotorun köhnə hissəsi və Durmitor Milli Parkı YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Çimərlikləri

Monteneqronun sahil xətti 295 km uzunluqdadır. 73 km çimərliyi vardır. Bu çimərliklərin sayı 120-dən çoxdur. Qumdan tutmuş çınqıllara qədər müxtəlif çimərlik üslubları var.

Ulsin

Ulsinin sahil xətti 32 km uzunluqdadır. 10-dan çox çimərliyi var. Ada Boyana çay adasıdır. O bir tərəfdən dəniz ilə əhatələnir. Çimərlikləri qumlu və uzundur. Velika Plaza Adriatikdəki ən isti və ən gözəl çimərliklərdən biri olaraq Monteneqronun ən uzun çimərliyidir. 12 km uzunluğundadır və qumla örtülmüşdür. Bu çox dayaz. Kiçik şəhər çimərliyi Velika Plaza ilə eynidır, amma o qədər də uzun deyil. Valdanos bir çınqıl çimərliyidir və ətrafında gözəl florası olan kiçik bir körfəzdə yerləşir.

Bar

44 km uzunluğunda sahil xəttinə malikdir. 20-dən çox çimərliyə sahibdir var. Bununla belə Barda göldə də 2 çimərlik vardır. Barın əsas çimərliyi Sutomore Beachdir. 1 km uzunluğundadır və qumla örtülmüşdür. Kanj çimərliyi 1 km məsafədədir və turizm yeridir. Çimərlik incə qumla, dəniz dibi isə dəyirmi qayalı çınqıllarla örtülmüşdür. Uzunluğu 1 km-dən çox olan Zukotrlitsa çimərliyi şəhərin yaxınlığında yerləşir. Ağ çınqıllarla örtülmüş, arxa planda isə kiçik bir gözəl şam meşəsinə sahibdir. Utex çimərliyini həm də "Zeytun buxtası" adlandırırlar, çünki arxa planda yüzlərlə zeytun vardır. Şkoder gölündə iki çimərlik vardır: Pesacak və Muriçi. Onlar çınqıllarla örtülmüşdür. Oradan Skodar gölünün mənzərəsi heyrətamizdir.

Herseq Novi

Herseq Novi Rivieranın uzunluğu 25 km və 20-dən çox çimərliyi vadır. İqalo çimərliyi 1,5 km uzunluğundadır və qumdan ibarətdir. Çox gözəl bir meşə fonu olan qayalı çimərlikdir. Zanjic çimərliyi 300 m uzunluğundadır və ağ çınqıllarla örtülmüşdür.

İstinadlar

  1. "World Travel & Tourism Council: Montenegro 3rd Destination By Growth In 2018". Portal Senat.me. World Travel & Tourism Council (WTTC). 14 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2019.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.