Monteneqroda din
Monteneqroda din - Pravoslav xristianları ölkədə böyük üstünlük təşkil edirlər. Ölkədə islam və katolik xristianlığında etiqad edənlər də müəyyən faizə sahibdirlər. Digər dinlərdə etiqad edənlər isə ölkə əhalisinin 0,1 % keçmir.
Etiqad edənlərin sayı
2003-cü siyahıya alınmasına əsasən əhalinin dini mənsubiyyəti də qeydə alınmışdır. Onun nəticələrinə görə, ölkə əhalisi dini mənsubiyyətinə görə aşağıdakı kimi sıralanır[1]:
- Provaslav — 460 383 (74,24 %)
- İslam — 110 034 (17,74 %)
- Katolisizm — 21 972 (3,54 %)
- Protestantlıq — 383 (0,06 %)
- Okkultizm — 58 (0,01 %)
- İudaizm — 12
6 003 nəfər (0,97 %) heç bir dinə mənsub olmadıqlarını, 2 424 nəfər (0,39 %) Aqnostisizm olduqlarını bəyan etmişlər. 13 867 (2,24 %) nəfər isə suala cavab verməkdən imtina etmişlər.
Provaslav
Ölkədə provaslav məzhəbində etiqad edənlərin böyük hissəsini monteneqrolular (52,5 %) və serblər (42,7 %) təşkil edir. Provaslavlar həm Serbiya provaslav kilsəsi həm də Monteneqro provaslav kilsəsinə (digər provaslav kilsələri tərəfindən tanınmır) tabedirlər.
Katolizm
Monteneqroda katolizm məzhəbində etiqat edənlər əsasən albanlar (36,98 %), xorvatlar (31 %) və monteneqrolulardır (22,76 %). Katolizm məzhəbində etiqad edənlərin böyük hissəsi sahil zolağında yayılmışlar. Struktur olaraq ölkədə katolik kilsəsi Bara arxieparxiyası və Bara eparxiyasına bölünür. Bara arkieparxiyası heç bir metropola tabe deyildir və Müqəddəs Prestolun nəzarətindədir. Kotor eparxiyası qonşu Xorvatiyada olan Split-Makarska mitropoliyasına daxildir.
İslam
İslam dinində etiqat edən etnik qruplar: boşnaklar (43,49 %), slavyan-müsəlmanlar (21,91 %), albanlar (20,75 %) və monteneqrolular (10,64 %). Müsəlmanların böyük hissəsi Plav, Rojae və Ulsin şəhərlərində yaşayırlar. Burada müsəlmanlar ümumi əhalinin böyük hissəsini təşkil edirlər.
İudaizm
2012-ci ilin fevralında Mentoneqronun Baş naziri İqor Lukşiç yəhudi icması Monteneqroda bir azlıq olaraq rəsmi tanınmasını təmin etmək üçün müqavilə imzalamışdır[2]
İstinadlar
- Официальные итоги переписи населения 2003 годаArxivləşdirilib 2008-11-18 at the Wayback Machine Arxivləşdirilib 2008-11-18 at the Wayback Machine
- "Черногория признает иудаизм государственной религией". 2019-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-25.