Monteneqro iqtisadiyyatı

Monteneqro iqtisadiyyatı - keçid dövründə olan iqtisadiyyatdır. Slobodan Miloşeviçin hakimiyyəti dövründən başlayaraq Monteneqro öz iqtisadiyyatını Serbiyanın federal nəzarətindən azad etmiş və Monteneqro mərkəzi bankı yaradılmışdır. Ölkə valyutası ilk olaraq “Yuqoslav dinarı” , daha sonra alman markası, daha sonra isə avro olaraq müəyyən edilmiş, avroya keçid gömrük tariflərinin yığılması və büdcənin idarə olunmasına müsbət təsir göstərmişdir. Serbiya və Monteneqro ittifaqının 2006-cı ildə dağılması bu iki ölkənin Avropa Yenidənqurma və İnkişaf Bankı və s. beynəlxalq maliyyə təşkilatlardakı üzvlüklərinin də bölünməsinə və ayrılmasına səbəb olmuşdur. Monteneqro 18 Yanvar 2007-ci ildə Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının üzvünə çevrilmişdir. 2007-ci ilin oktyabr ayında Avropa Birliyi ilə imzalanmış “Sabitləşdirmə və Birləşmə” sazişi (Stabilization and Association Agreement) nəticəsində Monteneqro 15 dekabr 2008 tarixində Avropa Birliyinə üzvlük üçün müraciət etmişdir. Hal-hazırda Monteneqro Ümumdünya Ticarət Təşkilatına üzv olması üzrə fəaliyyətini davam etdirir.

Monteneqronun siyasi və iqtisadi cəhətdən başlıca problemləri işsizlik və regionların qeyri-bərabər inkişafıdır. Monteneqroda alüminium sənayesinin inkişafı böyük alüminium kompleksinin yaradılmasına imkan yaratmışdır. Digər bir tərəfdən, Monteneqro xarici investisiyanı ölkənin turizm sektoruna cəlb etməyə başlamışdır. Kreditlərlə bağlı baş verən problemlər, əmlak sektorunda və alüminium idxalının azalması nəticəsində qlobal iqtisadi böhran ölkənin iqtisadiyyatına böyük zərbə vurmuşdur.[1]

İşsizlik

Monteneqro Məşğulluq İdarəsi məlumatına görə ölkədə 2019-cu il iyun ayı üçün 35 min işsiz insan (15,74 faiz) var. Ölkədə ən yüksək işsizlik səviyyəsi 2000-ci ilin iyul ayında (32,7 faiz), ən aşağı səviyyə isə (10,1 faiz) 2009-cu ilin avqustunda qeydə alınıb.[2]

Mənbə

  1. Ümumi məlumat Azərbaycan Xarici İşlər Nazirliyi
  2. "Monteneqroda 35 min insan işsizdir". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.