Mons Meg
Mons Meg — XV əsrdə düzəldilmiş dünyanın ən böyük toplarından biri. Top Burqund hersoqunun göstərişi ilə 1449-cu ildə düzəldilib və 1454-cü ildə Şotlandiya kralı II Ceymsə hədiyyə edilmişdir.[1] Şotlandiyanın Edinburq qalasında saxlanılır. Topun ağırlığı 6 ton, mərmilərinin ağırlığı isə 150 kq-dır. Top 2 km uzaqlığa qədər atəş açmaq xüsusiyyətinə malikdir. Güllələrdən bir neçəsi indiyə qədər topun yanında nümayiş etdirilir.[2]
Mons Meg | |
---|---|
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1449 |
Vikianbarda əlaqəli mediafayllar |
Top Belçikada Mons adlanan ərazidə düzəldildiyi üçün Mons Meg adlandırılmışdır. İlk dəfə XV əsrdə Edinburq qalası mühasirəyə alınan zaman, qalanın müdafiəsi üçün ingilislərə qarşı istifadə edilmişdir.
Mons Meg son olaraq XVII əsrdə salamlama üçün atəşfəşanlıq mərasimində istifadə edilmişdir. 1754-cü ildə London qülləsinə aparılan top, 1829-cu ildə yenidənə öz yerinə, Edinburq qalasına qaytarılmşdır.
İstinadlar
- "Did You Know? Mons Meg". 2021-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
- "Mons Meg cannon at Edinburgh Castle to have an 'MOT'". 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
Xarici keçidlər
- The official Edinburgh Castle website Arxivləşdirilib 2015-09-02 at the Wayback Machine