Monqolustan Demokratik Partiyası

Monqolustan Demokratik Partiyası (ing. Democratic Party;monq. Ардчилсан Нам) — Monqolustanın sağ milliyətçi siyasi partiyası.

Monqolustan Demokratik Partiyası

Demokratik Partiya
(monq. Ардчилсан Нам)
Loqonun şəkli
Qurucu Dambın Dorliqjav (2000-2002)
Lideri Zandaaxuuyqin Enxbold(2015 - )
Quruluş tarixi 1990
6 dekabr 2000
Baş qərargah Ulan-Bator, Monqolustan
İdeologiya Liberalizm
Monqol millətçilik
Sağ mərkəzçi
İdeoloji spektr mərkəz sağ
Gənclər təşkilatı Demokratik Gənclər Birliyi
Üzv sayı 19 050
Parlamentdə 7/76
Saytı demparty.mn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1990-cı ildə demokratik inqilabdan sonra Monqolustan çoxpartiyalı sistemə keçdi[1]. Demokratik inqilabla Monqolustan kommunist rejimli ölkədən demokratik ölkəyə çevrilirdi. İnqilabdan sonra ölkədə ilk olaraq Demokratik Partiyası, Monqolustan Milli Mütərəqqi PartiyasıMonqolustan Sosial Demokrat Partiyası təsis edildi. 6 dekabr 2000-ci ildə Monqolustan Milli Demokrat Partiyası, Monqolustan Sosial Demokrat Partiyası və digər 5 partiya Monqolustan Demokratik Partiyasında birləşdilər.

Kadrları

1 aprel 2006-cı ildə Partiyanın qurultayında Tsaxia Elbeqdorj partiyanın lideri seçildi. Seçkilərə 4 namizəd qatılmışdı. İlk turda Tsaxia Elbeqdorj 46% səs topladı. Əsas rəqibi Erdeniyn Bar-Uul 40% səs toplamışdı. Digər namizədlər isə çox az səs toplamışdılar. Səsvermənin ikinci mərhələsində isə Tsaxia Elbeqdorj 57,2% səs toplayaraq səsvermədən qalib ayrılmışdı[2]. 30 avqust 2008-ci ildə Demokratik Partiyasının Milli Məşvərət Komitəsi partiyanın yeni liderini seçdi. O, Norovyn Altanxuyaq idi[3].

Seçkilərdə iştirakı

2004-cü il Monqolustan parlament seçkilərində Vətən Demokratik Koalisiyasının tərkibində iştirak edir və 44,7% səslə parlamentdə 76 yerdən 34-ünə sahib olur. MDP lideri Tsaxia Elbeqdorj Koalisiya hökumətinin baş naziri olur və 2006-cı ilin yanvar ayınadək bu vəzifədə qalır. 2005-ci il prezident seçkilərində Partiyanın namizədi Mendşeyxan Enxsayxan yalnız 19.7 faiz səs topladı. 2008-ci il parlament seçkilərində partiya 76 yerdən 28-ini qazandı. Seçkilərdən sonra Monqolustan Demokratik Partiyası və Monqolustan Xalq Partiyası birlikdə koalisiya hökuməti formalaşdırıb. Hökumət daxilində partiyanın lideri Norovyn Altanxuyaq baş nazir vəzifəsini tutarkən, Baş nazirin birinci müavini, Maliyyə naziri, Səhiyyə naziri, Ekologiya və Turizm naziri, Nəqliyyat naziri, Yollar naziri, Tİkinci və şəhərsalma naziri və müdafiə naziri vəzifələri MDP-nin əlində idi.

2009-cu il Prezident seçkiləri

3 aprel 2009-cu ildə Demokratik Partiyanın sədrliyinə seçkilərdə Partiyanın digər nümayəndəsi Erdeniyn Bat-Uulu 65,3%[4] səslə məğlub edir. Elbeqdorjun prezdentliyə namizədliyi açıqlandıqdan sorna Vətəndaş İradəsi PartiyasıYaşıllar Partiyası onun namizədliyini dəstəklədilər. 24 may tarixində keçirilən seçkilərdə 51,21% səslə seçkilərdən qalib ayrılır. keçmiş prezident isə 47,41% səs topladı.

Liderləri

  • Mendsayxan Enxsayxan (2002–2005)
  • Radnaasümberelin Gonçiqdorj (2005–2006)
  • Tsaxia Elbeqdorj (2006–2008)
  • Norovyn Altanxuyaq (2008–2014)
  • Zandaxuugin Enxbold (2015 —)

İstinadlar

  1. Chris Kaplonski: Mongolia: Political Parties Arxivləşdirilib 2007-02-06 at the Wayback Machine İstifadə tarixi:2015–11-6
  2. Luke Distelhorst: Ts. Elbegdorj Mongolia's New Democratic Party Leader Arxivləşdirilib 2007-05-10 at the Wayback Machine İstifadə tarixi:2015–11-6
  3. www.mongolei.de: Aktuelle Nachrichten aus der Mongolei / 25. bis 31. August 2008 Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine İstifadə tarixi:2015–11-6
  4. "Presidential election May, 2009" Arxivləşdirilib 2011-10-06 at the Wayback Machine İstifadə tarixi:2015–11-6
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.