Monqolustan (1911–1921)
Monqolustan (monq. Монгол Улс; monq. Олноо өргөгдсөн Монгол улс, — Boqdo-xan Nonqolustanı) — Daxili Monqolustan ərazisində yerləşən dövlət. Əvvəlcə Çinin daxilində muxtar ərazi, Rusiya İmperiyasının protektoratı, nəhayətdə müstəqil dövlət.
muxtar respublika | |||||
Monqolustan | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Ulan-Bator | ||||
Dilləri | Monqol dili | ||||
Rəsmi dilləri | monqol | ||||
Valyuta | Rubl | ||||
Əhalisi | 542 504 nəf. (1915) | ||||
İdarəetmə forması | Monarxiya = | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Müstəqilliyinin elan edilməsi
Şinxay inqilabından sonra Tzin imperiyası ləğv edilir. Onun yerində isə Çin Respublikası elan edilir. Nəticədə imperiyanın ərazisində milli azadlıq hərəkatı başlayır. 1 dekabr 1911-ci ildə Xalxas knyazları və buddist lamaları ölkəni müstəqil olmasını elan edirlər. Hüquqi baxımından bu onunla izah edilir ki, Monqolustan Tzin imperiyasının vassalı olmuşdur, Çin dövlətinin yox. Ölkənin buddist lideri VIII Boqdo-Qeqen 29 dekabrda özünü Boqdıxan elan edir və treokratik monarxiya qurur. Rus hərbiçilərinin dəstəyi ilə 20 minlik monqol ordusu təşkil edilir. 1913-cü ildə mobilləşdirilmiş ordu Daxili Monqolustanı Çindən azad etmək məqsədi ilə əməliyyatlara başlayır.
Yeni Çin hökuməti Monqolustanın müstəqilliyini tanımır. Ancaq onun aradan qaldırılmasına kifayət qədər qüvvəsi çatrmır. Yeni dövlət Rusiya tərəfindən dəstək alır. Belə ki, Rusiya Çinlə sərhəddə bufer dövlətin olmasında maraqlı idi. Monqolustanın müstəqilliyini həmcinin Yaponiya dastəkləyir və ona maddi, silah yardımı edirdi.
Beynəlxalq satusu
21 oktyabr (3 noyabr) 1912-ci ildə Uerqedə Monqolustan-Rusiya müqaviləsi imzalanır. Bu anlaşmanı Rusiya tərəfdən İvan Korostoves imzalayır. Müqavilənin bəzi bəndləri rus və monqol variantlarında müxtəlif məna daşıyırdı. Ancaq hər iki tərəf üçün eyni gücdə idi[1].
29 dekabr 1912-ci ildə (11 yanvar 1913) monqol-tibet dostluq haqqında anlaşması imzalanır. Bu müqavilədə hər iki tərəf Çindən müstəqillik əldə etdiklərini tanıyırdı
23 oktyabr 1913-cü ildə Rusiya Çinin Monqolustan üzərindəki suverenliyini tanıyır[2]. Çin ilk nöbvədə Monqolustanın daxili müstəqilliyini tanıyır, iqtisadi və ticarət məsələlərində onun hüquqlarını qəbul edir və Monqolustan ərazisinə qoşun yeritməyəcəyini üzərinə götürür. 25 may 1915-ci ildə Kyaxtada Monqolustanın muxtariyyəti elan edilir. Çin Urqedəyə öz nümayəndəsini təyin edir.
1917-ci ildə Rusiyada Oktyabr inqilabından sonra Zabaykal və Monqolustanda Yaponiyanın dəstəyi ilə Qriqori Semyonovun rəhbərliyi altında panmonqolizm hərəkatı başlayır. 1919-cu ilin fevral-mart aylarında Çitada panmonqol qurultayı keşirilir. Qurultay iştirtakçıları Daxili və Xarici Monqolustan, Buryatiyanı özündə birləşdirən Vahid Monqolustan dövlətinin təşkili qərara alınır. Müvafiq sənədlər Versal Sülh konfransına göndərilir. Ancaq Xarici Monqolustan hökumətin Daxili Monqolustanın Neyse-qeqeni Mendebayar tərəfindən təşkilində iştirak etməyəcəyini bəyan edir. Ordu buryatlar, Daxili Monqolustan əhalisi və barqutlar ordunun təşkilinə cəlb edilir.
Bu ərəfələrdə Monqolustan hökuməti Sovet rejiminə isti yanaşmır və Müvəqqəti Sibir Hökumətini dəstəkləyirdi. Kolçak hökuməti də Kyaxta müqaviləsinin şərtlərinə əməl edilməsi və Daxili Monqolustanın muxtariyyətini dəstəkləyirdi.
Çin işğalı
1918-ci ilin yayında Çin hökuməti Rusiyada vətəndaş müharibəsindən istifadə edərək Urqeyə qoşun yeridir. 1919-cu ilin yayında artıq muxtariyyətdən imtina meyilləri meydana çıxır. Bu daha çox Tuqs-Oçırın Namnaserenin ölümündən sonra daha da güclənir.
1919-cu ilin iyulunda Çin qoşunları Urqeni tutur. Onlar Monqolustanın Çin ərazisi olmasını təstiqləmək üçün Boqdo-xana təzyiqlər göstərir. Çin Monqolustan muxtariyyətinin ləğvi xəttini tutur.
22 noyabr 1919-cu ildə Çin respublikasının Prezidenti Syuy Şiçan 1912-ci il rus-manqol anlaşmasını və 1915-ci ildə imzalanan Kyaxta müqaviləsini ləğv edir. 1919-cu ilin dekabrında Monqolustan hökuməti buraxılır. Ordu isə silahsızlaşdırılaraq ləğv edilir.
Asiya süvari diviziyası
1920-ci ilin oktyabrında Asiya süvari diviziyası general-leytenat fon Unqern-Ştebnberqin rəhbərliyi altında Zabaykal ərazisindən Xalxuya daxil olur. Boqdi-xan çinlilər tərəfindən həbs edilir. Ev həbsində olarkən o bir neçə dəfə Unqernə gizli yolla məktub yazaraq Urqenin çinlilərdən azad etməsini istəyir. 4 fevral 1921-ci ildə Unqernin qoşunları Urqeyə daxil olaraq Monqolustanın müstəqilliyini qeri qaytarır.
1921-ci ilin martında Boqdo-xanın rəhbərliyi altında Daxili Monqolustan muxtar hökuməti təşkil edilir.
1921-ci ilin aprelində Monqolustan Maliyyə nazirliyi 10, 25, 50 və 100 dollarlıq əskinazları dövriyəyə buraxır. Əksinazlar üzərində qoyun, öküz, at və dəvə təsvirləri əks edilir. Bu yeni Monqolustan tarixinin ilk pul vahidi olur.
1921-ci il Xalq inqilabı
Hələ Unqernin Monqolustana daxil olmasından öncə ölkənin Çin işğalından azad edilməsi məqsədi ilə iki hərəkat baş qaldırmışdı. Onlar Sovet Rusiyasına meyl edirdilər. Unqernin Monqolustana daxil olmasından sonra bolşeviklər ağqvardiyaçıların oradan qovulmasına çalışırdılar. Onlar Damdin Suxe-Bator və Soliyn Danzanın başçılığı ilə hərbi çevriliçə cəhd edirdilər. İkinci qrupa isə Xorqoliyn Çoybalsan və Doqsomın Bodoo rəhbərlik edirdi. Bu iki təşkilat 1920-ci ilin 25 mayında birləşir və Monqolustan Xalq Partiyasını təşkil edirlər.
Boqdo-xan inqilabçıların çinliləri ölkədən qovulmasında dəstəkləyirdi ancaq hökumətin ələ keçirilməsini isə istəmirdi.
1—3 mart 1921-ci ildə Kyaxtada Monqolustan Xalq Partiyasının birinci qurultayı keçirilir. 13 martda Mərkəzi Komitə Müvəqqəti Monqolustan Xalq Respublikasını elan edir. 1921-ci ilin iyulunda monqol-sovet qoşunları Asiya süvari divisiyası tərəfindən tərk edilmiş Urqe şəhərinə daxil olurlar.
Xalq idarəçiliyi
11 iyul 1921-ci ildə Urqedə Boqdo-xanın hökuməti ilə birlikdə Monqolustan Xalq hökuməti təşkil edilir. Ölkə Boqdo-xanın rəhbərliyi altına məhdud monarxiya elan edilir. 1924-cü ildə VIII Boqdo-qeqn öldükdən sonra monraxiya ləğv edilir və yeni tulkunun axtarışları qadağan edilir. 26 noyabr 1924-ci ildə Monqolustan Xalq Respublikası elan edilir.
İstinadlar
- "Кузьмин С. Л. Русско-Монгольское соглашение 1912 г. и независимость Монголии. – Вестник Московского городского педагогического университета, серия "Исторические науки", № 1, 2015, с. 80-87". 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-07.
- "1913 г., октября 23. — Декларация России и Китая о признании автономии Внешней Монголии". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-07.
Ədəbiyyat
- Белов Е. А. Россия и Монголия (1911—1919 гг.). — М.: Изд-во ИВ РАН, 1999.
- Дылыков С. Д. Демократическое движение монгольского народа в Китае. Очерк истории. — М.: Изд-во АН СССР, 1953.
- Кузьмин С. Л. Теократическая государственность и буддийская церковь Монголии в начале XX века. — М.: Товарищество научных изданий КМК, 2016.
- Кузьмин С.Л. Монархическое Монгольское государство в 1911–1924 гг. // Eurasia: statum et legem (Евразия: государство и право). 2015. Т. 1, № 4. С. 187-198
- Ломакина, Инесса Ивановна Голова Джа-Ламы. — Улан-Удэ; Санкт-Петербург: Агентство Экоарт, 1993.
- Майский И. М. Монголия накануне революции. — М.:, Восточная литература, 1959.
- Попова Л. П. Общественная мысль Монголии в эпоху «пробуждения Азии». — М.: Наука, 1987.
- Хамаганова Е.А. О визите монгольской депутации в Санкт-Петербург в 1911 году (по архивным материалам). // Буддийская культура: история, источниковедение, языкознание и искусство: Шестые Доржиевские чтения. СПб: Гиперион, 2015. С. 154-165.