Monqolustan əhalisi

Monqolustan əhalisiMonqolustan əhalisinin demoqrafik xüsusiyyətləri. 2016-cı ilə olan məlumata görə Monqolustan əhalisinin sayı 3,081,677 nəfərdir[1].

Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, Monqolustan ərazinin məskunlaşma baxımından çox əlverişsiz olması səbəbilə əhalisinin sayına görə 134-cü pillədədir.

Statistika

Monqollar milli bayram vaxtı

Ölkə əhalisinin 51,2 faizi şəhərlərdə yaşayır, əhalisinin 95 faizi oxuyub-yazmağı bacarır. Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində Rusiyanın təsir dairəsində olan Monqolustanda kişilərinin böyük qismi spirtli içkilərə aludə olublar. Kişilərin sayının azaldığı Monqolustanda hazırda 6 qadına 1 kişi düşür. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir. 45 milyon mal-qaranın olduğu Monqolustanda başlıq üçün də elə mal-qara verilir[2].

Siyahıyaalınma

2010-cu ildəki əhali siyahıyaalınmasına əsasən Monqolustan əhalisinin sayı 2.754.685 nəfər olmuşdur[3]. Onlardan 2.647.545 nəfəri Monqolustan vətəndaşları, 107.140 nəfəri isə xarici ölkələrin vətəndaşlarıdır[3].

Artım tempi

Monqolustan əhalisinin artım tempi müxtəlif illərdə ardıcıllıqla aşağıdakı kimi olmuşdur:

  • 1918 - 647,5 min[4];
  • 1935 - 738,2 min[4];
  • 1944 - 759,1 min[4];
  • 1956 - 845,5 min[4];
  • 1963 - 1071,1 min[4];
  • 1969 - 1197,6 min[4];
  • 1979 - 1595,0 min[4];
  • 1989 - 2044,0 min[5];
  • 2000 - 2373,5 min[5];
  • 2011 - 2811,6 min[5]
  • 2015 - 3057,8 min[6]

Etnik tərkibi

Ölkə əhalisinin əksər hissəsi etnik monqollardan ibarətdir, lakin qazaxlar və tuvalar da xüsusilə ölkənin qərbində etnik azlıq təşkil edirlər.

Monqolustanda türk toplumunu qazaxlar, tuvalılar (onların etnik qrupu olan urianxaylarla birlikdə)[7], uyğurlar (uyğur dilinin hotən dialektində danışanlar)[8] və özbəklər əmələ gətirir. Ümumilikdə isə Monqolustan əhalisini təşkil edən əsas 24 tayfadan dördü türk tayfasıdır ki, bunlar da Kazak, Hoton, Tıva və Duhadır[9].

Monqolustan vətəndaşlarının milli tərkibi
Etnik qrup 1989 sa.[10] 2000 sa.[10] 2010 sa.[3]
cəmi2 043 9542 373 4932 647 545
xalxa1 610 4241 934 6742 168 141
qazax120 506102 983101 526
dörvöd55,20866 70672 403
bayad39 23350 82456 573
buryat35 44440 62045 087
darqanqa29 04031 90927 412
urianxay23 47825 18326 654
zaxçin22 99829 76632 845
darxad14 75719 01921 558
öld9 18814 63415 520
xotqoid...7 23715 460
torqud10 05012 62814 176
hotən...9 01411 304
myanqad4 7606 0826 592
tuva...4 7785 169
barqa2 1302 5062 989
uzemçin2 0862 3862 577
eljiqen...1511 340
sartul...1 5401 286
xamniqan...565537
Duhalar...303282
özbək...380260
xarçin...266152
saxar...123132
xmer6 076......
xoşud...183...
xan247173...
rus140158...
xorçin...150...
xalimaq...5...
digər1 50932317 462
təsniflənməmiş56 6808 224

Dini etiqad

Dini baxımdan əhalinin əksəriyyəti buddistdir. Heç bir dinə etiqad etməyənlər ikinci ən böyük qrupdur. İslam dini etnik qazaxlar arasında geniş yayılmışdır[11]. Duhalar kimi türk toplumlarında isə şamanizm yayılmışdır[9].

15 yaşdan yuxarı yaşda olan Monqolustan vətəndaşlarının dini etiqadları aşağıdakı cədvəldə göstərilmişdir:[3]

Etiqad Etiqad edənlərin sayı Ümumi saya nisbəti
cəmi1 905 969100.0%
buddizm1 009 35753.0%
ateizm735 28338.6%
islam57 7023.0%
şamanizm55 1742.9%
xristianlıq41 1172.1%
digər6 9330.4%

Məşğulluq problemləri

2016-cı ildə BMT özünün Fövqəladə vəziyyətlərə reaksiya Mərkəzi Fondundan Monqolustanda humanitar layihələrin maliyyələşdiriməsinə 2,4 milyon dollar vəsait ayırmışdır[12]. Bu qərar Monqolustanın üzləşdiyi "dzud" adı ilə tanınan quraqlıq və təbii fəlakətlə bağlı idi. Belə ki, 2015-ci ildə quraq yay sərt qışla əvəz olunmuş, dekabr ayından isə "dzud" Monqolustan əhalisi üçün əsl fəlakətə çevrilmiş, o ölkə ərazisinin 60 faizini əhatə etmişdir[12]. Nəticədə ölkənin əksər hissələrində mal-qara üçün normal otlaq qalmamışdır[12].

Ədəbiyyat

  • Брук С. И. «Население мира. Этнодемографический справочник», — Москва 1986  (rus.)
  • «Der Fischer Weltalmanach 2007. Zahlen. Fakten. Daten».  (alm.)
  • Потёмкина И. И. «Монголия», — Москва, "Мысль", 1988 — 142 с.  (rus.)

İstinadlar

  1. "National Statistical Office of Mongolia". UBSEG.GOV.MN. 2016-04-15 tarixində orijinalından arxivləşdirilib.
  2. "Monqolustan Türkiyədən 20 min kişi istəyir". 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-25.
  3. Монгол Улсын хүн ам, орон сууцны 2010 оны тооллого :Хүн ам, орон сууцны 2010 оны толлого тооллогын үр дүн Arxivləşdirilib 2013-10-25 at the Wayback Machine
  4. Бадараев Д.Д. Социально-демографические и структурные аспекты становления современного монгольского общества // Вестник Бурятского научного центра Сибирского отделения российской академии наук. - 2012. - № 4 (8). - С. 69. Режим доступа: http://www.bscnet.ru/upload/iblock/cf6/vestnik_4_8_.pdf%5B%5D
  5. Бадараев Д.Д. Социально-демографические и структурные аспекты становления современного монгольского общества // Вестник Бурятского научного центра Сибирского отделения российской академии наук. - 2012. - № 4 (8). - С. 70. Режим доступа: http://www.bscnet.ru/upload/iblock/cf6/vestnik_4_8_.pdf%5B%5D
  6. "Население Монголии более 3 млн 57 тысяч человек". 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-10.
  7. Ethnologue report for language code :tyv Arxivləşdirilib 2010-10-08 at the Wayback Machine
  8. Ethnologue report for language code :uig Arxivləşdirilib 2009-01-16 at the Wayback Machine
  9. Şahnaz Kamalova. Türkdilli Duhalar – yox olmaq təhlükəsilə üz-üzə Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine. 525-ci qəzet. 8 fevral 2013, səh. 7  (az.)
  10. United Nations Statistics Division :4. Population by national and/or ethnic group, sex and urban/rural residence: each census, 1985 - 2003 or Population selon le group national et/ourthnique, le sexe et la résidence urbaine/rurale: recensements de 1985 à 2003 Arxivləşdirilib 2018-07-25 at the Wayback Machine
  11. "The Mongolian Kazakhs". The Mongolian Kazakh Diaspora. 2017-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2017.
  12. BMT “dzud”dan ziyan görmüş Monqolustan üçün 2,4 milyon dollar yardım ayırıb Arxivləşdirilib 2019-07-04 at the Wayback Machine. azertag.az, 18.03.2016  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.