Monofiliya
Monofiliya (q.yun. μόνος – tək; φῦλον – tayfa, cins, növ) — müəyyən qrup orqanizmin ümumi əcdaddan əmələ gəlməsi. Üzvi aləm təkamülünün əsas prinsipi. Həyat ağacı ümumi kökdən başlanğıc alır və 2 gövdəyə (bitkilər və heyvanlar aləmi) ayrılır. Bunların hər birindən iri gövdələr – tiplər əmələ gəlir, o da tədricən siniflər, dəstələr, fəsilələr və nəhayət cinslərə budaqlanır. Cinslər ayrı-ayrı budaqlar dəstəsindən ibarət növlərdən təşkil olunmuşdur. Çarlz Darvin bitki və heyvan yetişdirmək sahəsindən dəlillər gətirməklə monofiliyanı əsaslandırmışdır. O, müasir ev göyərçinlərini tədqiq edərək göstərdi ki, onların əcdadı vəhşi göyərçindir (Columba livia). Darvindən sonra müxtəlif bioloji fənlərin dəlilləri əsasında heyvanlar və bitkilər aləminin təbii qruplarının əksəriyyətinin əmələ gəlməsində monofiliya bir daha sübut edilmişdir. Müxtəlif insan irqlərinin vahid bir mənşədən başlanğıc alması da monofiliyaya misaldır.[1]
İstinadlar
- Монофилија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 52.
Xarici keçidlər
- Abbey, Darren. "Graphical explanation of basic phylogenetic terms". University of California, Berkeley. 1994–2006. İstifadə tarixi: 9 sentyabr 2021.
- Carr, Steven M. "Concepts of monophyly, polyphyly & paraphyly". Memorial University. 2002. İstifadə tarixi: 9 sentyabr 2021.
- Hyvönen, Jaako. "Monophyly, consensus, compromise" (PDF). University of Helsinki. 2005. İstifadə tarixi: 9 sentyabr 2021.
- "Phylogenetic Trees and Classification". Digital Atlas of Ancient Life. Paleontological Research Institution.