Monmartr qəbiristanlığı
Monmartr qəbiristanlığı (fr. Cimetière de Montmartre), "Cimitière du Nord" rəsmi adı ilə tanınır[3] — Parisin şimalında, 18-ci bələdiyyə dairəsində qəbiristanlıq. 1 yanvar 1825-ci ildə açıldı. Tarixi abidə hesab olunur[4].
Qəbiristanlıq | |
Monmartr qəbiristanlığı | |
---|---|
Cimetière de Montmartre | |
Ölkə | |
Yerləşdiyi yer | XVIII arondisman (Paris)[d][1] |
Əsası qoyulub | 1 yanvar 1825 |
Sahəsi |
|
48°53′16″ şm. e. 2°19′49″ ş. u. | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hazırda Monmartr qəbiristanlığında 20 min məzar var. Hər il 500-ə yaxın dəfn mərasimləri keçirilir.
Tarixi
Qəbiristanlıq 1825-ci il yanvarın 1-də köhnə gips karxanasının yerində açılmışdır. Qeyd olunan karxana Fransa İnqilabı zamanı kütləvi məzar kimi istifadə edilmişdir. Qəbiristanlıq əvvəlcə Böyük Karxana qəbiristanlığı (fr. Cimetière des Grandes Carrières) kimi tanınırdı. Sonradan Ağ Bariyer qəbiristanlığı (fr. Cimetière de la Barrière Blanche) adlandırıldı. Daha sonra isə muasir adını aldı[5].
Ərazisi
18-ci bələdiyyə dairəsində yerləşir. Küçə səviyyəsindən aşağıda inşa edilmişdir. Qəbiristanlığın təxminən 11 hektar ərazisi var. Qəbiristanlıqda 38 növdən 700-dən çox ağac var[3]. Qəbiristanlığa yalnız bir giriş var, Raşel prospektində[6].
Qalereya
- Hektor Berliozun məzarı
- Stendalın məzarında David d'Anjenin hazırladığı medalyon
- Andre Mari Amper və onun oğlunun məzarı
İstinadlar
- base Mérimée (fr.). ministère de la Culture, 1978.
- municipality of Paris. 1789.
- "Cimetière de Montmartre". 2016-06-12 tarixində arxivləşdirilib.
- "Monuments historiques". 2018-03-11 tarixində arxivləşdirilib.
- "The Treasures of the Montmartre Cemetery". 2018-03-05 tarixində arxivləşdirilib.
- "montmartre". 2013-07-08 tarixində arxivləşdirilib.