Monlar

Monlar[1] (talayn, မွန်လူမျိုး; mùn lùmjóʊ) — Myanmanın cənubunda, əsasən Mon ştatı və ona qonşu vilayətlərdə, eləcə də Tailandın cənub-qərbində yaşayan xalq. Avstroasiya dil ailəsinin mon-kxmer qoluna daxil olan mon dilində danışırlar. VI əsrdə yaranmış əlifbaları var. Buddizmə sitayiş edirlər.[mənbə göstərin]

Monlar
Ümumi sayı
8 145 500
Yaşadığı ərazilər
Myanma: 8 milyon
Tailand: 114 500
Dili

monca

Dini

Buddizm (Txeravada)

Qohum xalqlar

kxmerlər və digər mon-kxmer xalqları

Eramızın I minilliyində monların erkən dövlətlər olmuşdur (Dvaravati və s.). I minilliyin sonlarında başlayaraq Mon ölkəsinə şimaldan birmanlılar soxulmağa başlamış və XVIII əsrin ortalarında mon dövləti Dvaravatini süquta uğratmışar. Monların birmanlılara böyük mədəni təsiri olmuşdur. Myanmadakı monların bir hissəsi birmanlılar və karenlər tərəfinddən assimilə edilmişdir.[mənbə göstərin]

İstinadlar

  1. Монлар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 50.

Xarici istinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.