Monika Krimadi
Monika Krimadi (alb. Monika Kryemadhi d.) — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü[2]. Albaniya prezidenti İlir Metanın həyat yoldaşıdır. Monika Kremadi Albaniyanın birinci xanımı vəzifəsindən imtina edərək əvəzinə rolu böyük qızı Boraya həvalə etmişdir[3].
Monika Krimadi | |
---|---|
Doğum tarixi | 9 aprel 1974[1] (49 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Təhsili
Monika Krimadi 9 aprel 1974-cü ildə Tiranada anadan olub, orta məktəbi orada bitirib. 1992-ci ildən Tirana Universitetinin Təbiət Elmləri fakültəsində üzvi kimyaçı kimi təhsil almışdır. 1999-cu ildə Qarmiş-Partenkirhendə Corc Marşal adına Avropa Təhlükəsizlik Məsələlərini Araşdırma Mərkəzində oxuyur. 2000–2002-ci illərdə Tirana Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, işin idarəedilməsi üzrə magistr dərəcəsi almışdır. Təhsilini aspiranturada davam etdirmişdir.
Siyasi karyerası
Krimadi siyasi karyerasına 1991-ci ildə FRESSH-in (Albaniya Sosialist Partiyasının gənclər təşkilatı) qurucularından biri olanda başlayır. 1992-ci ilin yanvar ayında Rəyasət Heyətinin üzvü seçilir və həmin ilin may ayında I və II FRESSH Konqreslərinin Baş katibi seçilir. 2002-ci ilin aprel ayına qədər FRESSH-in prezidenti vəzifəsində çalışır. 1995–2000-ci illərdə Beynəlxalq Sosialist Gənclər Birliyinin vitse-prezidenti seçilir. Krimadi 1991-ci ilin dekabrından 2004-cü ilin sentyabrına qədər Sosialist Partiyasının üzvü olur. Bu müddət ərzində 2001–2005-ci illərdə Albaniya Xalq Məclisinin deputatı olur. İki dəfə Tirana bələdiyyə məclisinə seçilir və oradan Avropa Şurasındakı nümayəndə heyətinin katibi təyin olunur. 2004-cü ilin sentyabrında Albaniya Sosialist Partiyasından ayrılaraq Sosialist İnteqrasiya Hərəkatını qurur. Monica Krimadi bu gün Sosialist İnteqrasiya Hərəkatının Tirana şöbəsinin baş katibidir.
Şəxsi həyat
Siyasətçi İlir Meta ilə evlidir, üç övladı var: Bora, Besar və Era.
Televiziya
Monika Krimadi 2005-ci ildə Kënga Magjike alban musiqi yarışmasında Mailinda Bregu ilə duet oxumuşdur və oradakı münsiflərdən biri olmuşdur.
İstinadlar
- Monika KRYEMADHI // https://pace.coe.int/en/members/4583.
- "Kreu". 2016-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
- "Monika Kryemadhi: Nuk do të jem Zonjë e Parë, por deputete e LSI" (alban). Koha Jonë. 28 April 2017. 25 November 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 February 2019.
Mənbə
- Profilet e Kryesise se Lsi — LSI Arxivləşdirilib 2021-02-26 at the Wayback Machine