Molyusklar

Molyusklar (lat. Mollusca) — heyvanlar aləminə aid heyvan tipi.Xaricdən çanaq ilə örtülmùşdür

Molyusklar
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Ranqsız:
Spiralia
Tipüstü:
Tip:
Molyusklar
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  69458
NCBI  6447
EOL  2195
FW  7805

Molyuskaların bədəni üçqatlı çanaq içərisində yerləşir. Bədən manti adlanan nazik dəri ilə örtülür. Manti hüceyrələrinin ifraz etdiyi mayedə olan kalsium duzlarından çanaq əmələ gəlir. Heyvanın bədəni ilə manti arasında manti boşluğu vardır. Bədən üç hissədən – baş, gövdə və ayaqdan ibarətdir. Molyuskalar həzm, ifrazat, qan-damar, tənəffüs və sinir sisteminə malikdir. Molyuskaların bir hissəsi quruda, əksəriyyəti isə şirin sularda, dənizlərdə və okeanlarda yaşayır.

Hazırda 130000 növü məlumdur. Onlardan Xəzərdə 118 növü qeyd edilmişdir. Mytilaster lineatus növü Xəzərə 1928-ci ildə Qara dənizdən gəmilərlə gəlmişdir. Gəmilər Xəzərə Batumi şəhərindən dəmir yolu ilə gətirilmişdir. Dəniz suyunun təmizlənməsində süzgəc kimi mühüm rolu vardır. Bioloji örtüklərin əmələ gəlməsində böyük əhəmiyyətə malikdir. 1959-cu ildə Şimali Xəzərdə Hypanis colorata ilbizi qeydə alınmışdır. Bu növ Xəzərə Azov dənizindən gəlmişdir. 1939–1940-cı illərdə rus alimi L. A. Zenkeviç rəhbərliyi altında Xəzərə Abra ovata iqlimləşdirilmişdir. Bu növ də Xəzərə Azov dənizindən gətirilmişdir. Hazırda abra ilbizinə dənizin bütün sahələrində rast gəlinir və bentik heyvanlar arasında biokütləcə mühüm rol oynayır. Abra ilbizi nərə və uzunburun balıqların qidasında mühüm rol oynayır. Cerastoderma ilbizi də geniş yayılmışdır. Xəzərdə onun 2 növü var (C.rhombodies, C.isthmicum) vardır. Ehtimal ki onlar Xəzərə Xvalın dövründə Qara dənizdən gəlmişlər. Xəzərdə dreyssena ilbizi də geniş yayılmışdır. Molyuskalar yosunlar və üzvi çürüntülərlə qidalanırlar, özləri isə balıqların qidasında mühüm rol oynayırlar.

Təsnifatı

Şəkillər

İstinadlar

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.