Mollavazlı

Mollavazlı (Mollavaizli)Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 952-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Mollavazlı kəndi Saatlı şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mollavazlı kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Mollavazlı
39°55′21″ şm. e. 48°20′26″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Mollavazlı xəritədə
Mollavazlı
Mollavazlı

Tarixi

Mollavazlı kəndinin 600-650 illik tarixi vardır. Kənd əhalisi Gəncənin Mollavaizli kəndindən bura köçürülüblər. Burada qışda mal-qara saxlayırlarmış. Burda torpaq əkib becərməklə yanaşı ev tikib məskunlaşıblar və Mollavazlı kəndinin bünövrəsini qoyublar. O vaxtlar bu ərazidə Muğan adlı dövlət mövcud olmuşdur. Qərbdən Qarabağ, şərqdən sərhədləri Xəzər dənizinə qədər uzanmışdır. 1978-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu burada qazıntı işləri aparmış və buradan bizim eradan əvvələ aid müxtəlif əşyalar tapmışdır. Arxeoloji qazıntılar zamanı qədim və orta əsrlərə aid sikkələr aşkar edilmişdir. Belə ki, IX-X əsrlərdə bu yerlərdə ərəb səyyahları: Müqəddəsi Xordabehi və Yaqut Həməvi olmuşlar. Onlar qeyd etmişlər ki, əhali əkinçilik və maldarlıqla məşğuldur. İnsanların çoxu qonaqpərvər, hörmətcil və zəhmətkeşdirlər. Həmin dövlətin mərkəzində Mövliyar adlı yer olub. Kəndin əkin yerləri Mövliyar torpağı və qəbiristanlıq Mövliyar adlanır. Qədim ticarət yolu olan Təbriz-Dərbənd yolu bu qəbiristanlığın yanından keçirmiş. Qəbiristanlıqda bir qəbirin baş daşına (Məşədi Tamam Nadir qızı) yazılıb. Təbrizli olub (1747-1859).

Muğanda kənd camaatı ata və böyük qardaşlarına lələ deyirlər. Əsl Gəncə əhalisidə ata və qardaşlarına lələ deyə müraciət edirlər.

Şirvan əyalətinin Muğan mahalından 1813-ci ildə siyahıya alınma aparılan zaman Muğanda 19 kənd olub. Bu kəndlərdən biri də Mollavazlı kəndi olub.

Araz çayı vaxtilə Mollavazlı kəndinin çöl sahəsindən keçib. Həmin yerə "Ayrankəsən" deyirlərmiş. Arpaçaylılar (Naxçıvan) burada mal-qara və qoyun-keçi sürüləri saxlayırlarmış. Mart ayında qəflətən Araz çayı daşıb sel gəlib, bütün mal-qara sürüsünü yuyub aparıb. Rəvayətə görə varlı bir kişinin nişanlı qızı Saranı da sel aparıb. Hazırda oxunan "Apardı sellər Saranı" xalq mahnısı o vaxt yaranıb.

Həmin adamların içməyə ayranı da olmayıb, hər şeyi sel aparıb və burada məskunlaşıb qalıblar. Burda məskunlaşıb qalan əhali həmin yerə "Ayrankəsən" deyirdilər.

Qaynaqlardan ehtimal olunur ki, bu kənd XII əsrdə Atabəy M.C. Pəhlavan tərəfindən öz yaxın xidmətçilərinə hədiyyə verilmiş olduğu torpaqlardır. Torpaq hədiyyə edilmiş şəxs ilk dövrlərdə torpaqları becərmək üçün Gəncə və onun ətrafında olan yerlərdən buraya işləməyə adamlar göndərmişlər. Ehtimal olunur ki, bundan sonra bu yer yaşayış məskəni kimi formalaşmış və indiki müasir Mollavazlı yaranmışdır.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.