Mollalı (Oğuz)

MollalıAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.

Mollalı
40°57′51″ şm. e. 47°37′52″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Mollalı xəritədə
Mollalı
Mollalı

Tarixi

Rayon mərkəzindən 32 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ şose yolunun solunda yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. "Mollalı" nəsil adından yaranmış oykonimdir. XIX əsrin ortalarında Xaçmaz kəndindən öz ailəsi ilə köçüb burada məskən salmış Molla Əlinin adını daşıyır. Sonralar Molla Əli adı təhrifə uğrayaraq Mollalı formasına düşmüşdür[1]. Molla axunddan sonra gələn dini rütbədir. "Mollalı" (molla-lı) – "mollaya məxsus" anlamını verir. Əhalisi (603 nəfər) heyvandarlıq, taxılçılıq, meyvə-tərəvəzçiliklə məşğuldur. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, 1 telefon var. Xaçmaz kəndinə, Bakı və Qəbələ şəhərinə gedən avtobus marşrutları kəndin 4 kilometrliyindən keçir. Dəniz səviyyəsindən yüksəkliyi 430 metrdir.[2]

Əhalisi

İstinadlar

  1. E.Nuriyev, qeyd olunan əsəri. səh.55
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.