Mollakənd (Kürdəmir)
Mollakənd — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Mollakənd | |
---|---|
40°07′20″ şm. e. 48°06′05″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3000 nəfər nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 20 25 |
Poçt indeksi | 3320 |
|
Toponimikası
- Mollakənd oyk., mür.
- Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir;
- Lənkəran r-nunun Rvo i.ə.v.-də kənd. Keçmiş adı Mollalı olmuşdur. Molladı variantında da qeydə alınmışdır (1933-cü il). Oykonim molla (dini rütbə) və kənd (coğrafi termin) sözlərindən ibarət olub, "mollanın kəndi, mollaya məxsus kənd" mənasındadır.[1]
Təhsil və mədəniyyəti
Mollakənddə ilk məktəb 1927-ci ildə açılmışdır. Mollakənd Şuralığının II dərəcəli Kolxoz Cavanlar Məktəbi adlanan həmin təhsil müəssisəsində tədrisin təşkili oraya məktəb müdiri təyin edilmiş 19 yaşlı Canalı Mirzəyevə həvalə edilmişdir. Canalı Mirzəyevin rəhbərliyi altında Mollakənd məktəbi 3 aydan sonra Mollakənd Nümunə Məktəbinə çevrilmişdir. Bunun nəticəsi olaraq, Kürdəmir rayonunda birinci kənd məktəb binası da Mollakənddə tikilmişdir.
Əhalisi
3000 nəfər əhalisi var. 2 məktəb, 1 xəstəxana və 6 mağaza yerləşib. Kürdəmirdən 27 km məsafədədir. Kür çayı sahilindəcir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2902 nəfər əhali yaşayır.[2]
I Qarabağ savaşında Mollakənd kəndindən Məhərrəmov Babək, Məmmədov Cəfər, II Qarabağ savaşında isə Eyyubov Tural şəhidlik zirvəsinə ucalmışdır. Babək Məhərrəmov
İqtisadiyyatı
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
- Mollakənd kəndində 140 yerlik "ULUSU" sanatoriyası 1993-cü ildən fəaliyyət göstərir. Həmin ərazidə 1971-ci ildə 3500 metr dərinlikdən 91 dərəcə istilikdə su fontan vurmuşdur. Həmin suyun kimyəvi tərkibi analiz edilərkən məşhur Truskavets, Kislovodsk və digər ərazilərdəki müalicəvi suların keyfiyyətlərini özündə birləşdirməsi aşkar edilmişdir. Yüksək keyfiyyətə malik bu sudan hazırda oynaq, hərəkət orqanlarının, revmatizm, dəri və digər xəstəliklərin müalicəsində səmərəli istifadə edilir.
- "GEOTERMAL AGRO" MMC tərəfindən Mollakənd kəndi ərazisində 10 hektar sahədə termal sularla isidilən müasir istixana tikintisi aparılmış və hazırda istixanada pomidor becərilir."Geotermal Aqro" MMC təbii üsulla yerdən çıxan isti sudan istifadə olunmaqla (istixanaların isidilməsi məqsədilə) 50 hektar sahədə istixanaları salmağı nəzərdə tutur.3
Xarici keçidlər
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629