Mollacəlilli

Mollacəlilli (əvvəlki adı: Yeni Əlibayramlı) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Yeni Əlibayramlı kənd inzibati-ərazi vahidi tərkibindəki Yeni Əlibayramlı kəndi Mollacəlilli kəndi, Yeni Əlibayramlı kənd inzibati-ərazi vahidi Mollacəlilli kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[1]

Mollacəlilli
40°35′34″ şm. e. 46°22′09″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 607 m
Saat qurşağı
Mollacəlilli xəritədə
Mollacəlilli
Mollacəlilli

Toponimikası

Keçmiş adı Molla Cəmilli olmuşdur. Yaşayış məntəqəsi rayonun ərazisində inqilabçı Əli Bayramovun adı ilə bağlı ikinci kənd olduğu üçün belə adlandırılmışdır.[2]

Mollacəlilli kəndinin adının yaranması bir zamanlar bu kəndə yaşayan əslən Göygöl rayonunun Aşıxlı kəndindən olan Cəlil adlı molla ilə bağlıdır. Məhz molla Cəlilin xatirəsinə kəndin adı Mollacəlilli adlandırılmışdır.

== Tarixi == kənddə hal hazıedada ziyarət edilən ocaq vardır

Coğrafiyası və iqlimi

Kənd Kiçik Qafqazın ətəyində yerləşir.

Dağətəyi bölgə olduğundan havalar adətən küləkli olur. Yayı çox isti olsa da qışı mülayim keçir. Yayda az miqdarda yağış və qışda da az miqdarda qar yağır. Axar çay və gölün olmaması səbəbindən burada yay vaxtı güclü istilər olur.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1936 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Kənd əhalisi əsasən heyvandarlıqla, qismən əkinçilik və mədən daşı (Mollacəlilli daşı) istehsalı ilə məşğul olur. Gəncə bölgəsinin süd məhsullarıyla təmin olunmasında mollacəlillilərin payı yüksəkdir.

Mədəniyyəti

Köhnə qəbirstanlıqda Sömastalı ocağı var ki, günümüzdə də ziyarət edilir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Həmçinin yay aylarında köçəri maldarlıqala məşğul olurlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.