Molla Qurbanlı
Molla Qurbanlı | |
---|---|
Titul | Din xadimi |
Əcdadı | Molla Qurban Mədət oğlu |
Qohum soylar | Qazılılar, Kərbəlayi Miralılar, Eyvazlı nəsli |
Dövr | XVIII-XIX əsrlər |
Mənşəyi | Seyidli oymağı |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Seyidli kəndi |
Tarixi
Molla Qurbanlı soyu Seyidli oymağının nəsillərindən sayılır. Bu soy öz adını Molla Qurbanın (1768-1848) adından almışdır. Molla Qurbanın atası Mədət Seyidli oymağında yaşamışdır. Molla Qurban Seyidli oymağında Kərbəlayi Qurban adı ilə tanınmışdır. O, Xanımla ailə həyatı qurmuş, Məşədi İsmayıl, Məşədi Mikayıl, Hacı Cəbrail adlı övladları dünyaya gəlmişdir. Məşədi İsmayılın Əbdürrəhim, Əbdüləli adlı iki, Məşədi Mikayılın Məhəmməd, Möhsün, Məşədi Qasım adlı üç, Hacı Cəbrailin Mustafa adlı bir övladı olmuşdur. Molla Qurbanlı soyu hazırda Qurbanov soyadı ilə tanınır. Bu soydan görkəmli ziyalılar çıxmışdır. Tanınmış maarif xadimi, pedaqoq Surxay Qurbanov, onun oğlu hüquq elmləri doktoru, professor Habil Qurbanov və başqaları bu nəslin nümayəndələridir.[1]
Surxay İmamqulu oğlu Qurbanov ata tərəfdən Əbdüləlinin nəvəsi, Məşədi İsmayılın nəticəsi, Molla Qurbanın kötücəsidir.[1] Əbdüləli Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Əbdüləli adı ilə tanınmışdır. O, Fatma xanımla ailə həyatı qurmuş, İmamqulu adlı oğlu olmuşdur. Surxay Qurbanov İmamqulunun oğludur.[1]
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
Mənbə
- Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
- Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
- Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Molla Qurbanlı nəsli. "Təzadlar" qəzeti, 23 yanvar 2014-cü il, № 06 (1877)
Həmçinin bax
- Seyidli oymağı
- Ağdamın Seyidli kəndi