Molla Hüsrəv
Molla Hüsrəv (Konstantinopol – 1480[1], Konstantinopol[1]) — Osmanlı alimi, müdərris və Osmanlı şeyxülislamı.
Molla Hüsrəv | |
---|---|
Əvvəlki | Molla Fəxrəddin Əcəmi |
Sonrakı | Molla Gürani |
Şəxsi məlumatlar | |
Doğum yeri | Sivas |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul |
Fəaliyyəti | ilahiyyatçı |
Həyatı
Əsl adı Mehmeddir. Bioqrafiyasını hazırlayan Daşkörpüzadə atasının Sivas-Tokat bölgəsindəki türkmən boylarından Varsaq boyunun bəylərindən olduğunu qeyd edir.[2] Bəzi mənbələrdə əslən yunan və ya fransız olduğu qeyd edilsə də, özünün "Dürerü’l-ḥükkâm" adlı əsərində ailəsi haqqında yazmış və atasının adının Fəramüz, babasının adının isə Xoca Əli olduğunu qeyd etmişdir.
Yenə Daşkörpüzadənin verdiyi məlumata görə,[2] atası Fəramüz bəy erkən vəfat etmiş və kiçik yaşdakı Mehmedi yeznəsi olan Hüsrəv bəy himayəsinə almışdır. Bu səbəblə ilk illərində Hüsrəv qaynı, sonralar isə Hüsrəv olaraq bilinmişdir. İlk təhsilini yeznəsinin himayəsində Sivas bölgəsində alan Molla Hüsrəv Bursaya gələrək Molla Fənarinin oğlu Bursa qazısı Yusif Bali Əfəndidən icazət aldı. Bundan başqa Ədirnəyə gələrək dövrün önəmli din adamlarından dərslər aldı. İlk rəsmi vəzifəsi isə Ədirnədə yerləşən Şah Mələk Mədrəsəsində müdərrislik oldu. 1435-ci ilə aid bir yazışmada yenə Ədirnədə yerləşən Çələbi Mədrəsəsinin də müdərrisliyinin ona verildiyi qeyd edilir. Fateh Sultan Mehmedin ilk səltənəti əsnasında 1444-cü ildə başqazılığa gətirildi. Ancaq bəzi mənbələrdə hələ də müdərrislik etdiyi qeyd olunur. Sultan Muradın ikinci dəfə taxta cülusunun ardından 1446-cı ildə bu vəzifəsindən alındı və Ədirnə qazısı təyin edildi. Belə ki, 1447–1450-ci illərə aid bəzi yazışmalarda Ədirnə qazısı olaraq imzası var.[3]
Sultan Mehmedin ikinci dəfə taxta cülusunun ardından Molla Hüsrəv vəzifələrindən azad edilmiş, ona ayrılan aylıq maaşla Ədirnədə qalmışdı. İstanbulun fəthi əsnasında sultanı dəstəkləyən qrupda yer alan Molla Hüsrəv fəthin ardından İstanbul qazısı olan Xızır bəyin vəfatından sonra 1459-cu ildə bu vəzifəyə gətirildi. İstanbul qazılığı ilə birlikdə Qalata və Üsküdar qazılığı, eləcə də Ayasofiya müdərrisliyi də ona verildi.
Tarixi mənbələrdə verilən məlumata görə, 1472-ci ildə Molla Hüsrəv, bir məclisdə Molla Güraniyə sultanın sağında, ona isə solunda yer verilməsinin elmi dərəcə baxımından uyğun olmadığını demiş və İstanbulu tərk edərək Bursaya getmişdir. Bursada olduğu müddətdə öz adına bir mədrəsə inşa etdirmişdir. Çox keçmədən Fateh Sultan Mehmed tərəfindən İstanbula dəvət edilən Molla Hüsrəv ehtimal ki, 1473-cü ildə şeyxülislamlığa gətirildi.[4] Vəfatına qədər bu vəzifədə qalan Molla Hüsrəv 1480-ci ildə İstanbulda vəfat etdi və cənazəsi Bursaya aparılaraq inşa etdirdiyi mədrəsənin həyətinə dəfn edildi. Mənbələrdə Molla Hüsrəvin Cəlaləddin adlı bir oğlu, Hüsrəvzadə ləqəbiylə məşhur Mustafa Əfəndi adlı bir nəvəsinin olduğu qeyd olunur.
Molla Hüsrəv maddi cəhətdən imkanlı ailəyə mənsub olsa da, sadə həyat tərzi, xeyirxahlığı və dindarlığı ilə xalq arasında böyük nüfuz qazanmışdı. Qazılıq vəzifəsini könülsüz qəbul etsə də, bu fəaliyyətiylə bağlı əsər belə yazmışdır.[5] Bundan başqa Nəsrəddin Tusinin "Əsas əl-iqtibas" əsərini tərcümə edib Sultan Mehmedə hədiyyə etmişdir.
Fateh Sultan Mehmedin öz adına inşa etdirdiyi məscidin ətrafına qurulan Sahn-ı saman mədrəsələrinin dərs proqramı da məhz Sultan Mehmed, sədrəzəm Mahmud Paşa, Molla Hüsrəv və Əli Quşçu tərəfindən hazırlanmışdır. Bu səbəblə, Molla Hüsrəv Osmanlı elm sahəsinin təməl din xadimlərindən biri olaraq anılır. Yetişdirdiyi tələbələri arasında Zənbilli Əli Əfəndi, Fənari Həsən Çələbi, Molla Həsən və Molla Muhiddin bəy kimi alimlər yer alır. Bursadakı mədrəsəsindən başqa İstanbulda Şahzadəbaşı yaxınlığında öz adına bir məscid də inşa etdirmişdir.
Əsərləri
- Mirḳātü’l-vüṣûl ilâ ʿilmi’l-uṣûl.
- Dürerü’l-ḥükkâm fî şerḥi Ġureri’l-aḥkâm.
- Ḥâşiye ʿale’t-Telvîḥ.
- Ḥâşiye ʿalâ Envâri’t-tenzîl li’l-Beyżâvî.
- Ḥâşiye ʿalâ Ḥâşiyeti’l-Muḫtaṣar li’s-Seyyid Şerîf.
- Şerḥu Uṣûli’l-Pezdevî (Beyazıt Devlet Ktp., Veliyyüddin Efendi, nr. 1141).
- Risâle fi’l-velâ.
- Naḳdü’l-efkâr fî reddi’l-enẓâr.
- Ḥâşiye ʿale’l-Muṭavvel.
- Vasiyetnâme.
- Esâsü’l-iḳtibâs Tercümesi.
İstinadlar
- Catalog of the German National Library (alm.).
- Taşköprizâde, eş-Şeḳāʾiḳ, s. 116–120;
- Hasan Özket, Molla Hüsrev ve Mir’âtü’l-usûl Adlı Eserinin Kaynakları (yüksek lisans tezi, 1992), Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü;
- R. C. Repp, The Müfti of Istanbul: A Study in the Development of the Ottoman Learned Hierarchy, London 1986, s. 154–166;
- Recep Cici, Osmanlı Dönemi İslam Hukuku Çalışmaları: Kuruluştan Fatih Devrinin Sonuna Kadar, Bursa 2001, s. 196–219;
Mənbə
- Molla Hüsrev, Dürerü’l-ḥükkâm, İstanbul 1319, I, 3;
- Âşıkpaşazâde, Târih (Atsız), s. 184, 236;
- Sehâvî, eḍ-Ḍavʾü’l-lâmiʿ, VIII, 279;
- Neşrî, Cihannümâ (Taeschner), I, 172, 218;
- a.mlf., Miftâḥu’s-saʿâde, Beyrut 1405/1985, II, 171–172;
- Mecdî, Şekāik Tercümesi, s. 108, 135–139, 143, 144, 149, 179, 208, 209, 220, 229, 294, 302, 343, 344;
- Hoca Sâdeddin, Tâcü’t-tevârîh (haz. İsmet Parmaksızoğlu), Ankara 1992, II, 215, 228;
- Keşfü’ẓ-ẓunûn, I, 91, 113, 190, 497, 747, 899;
- Leknevî, el-Fevâʾidü’l-behiyye (nşr. Ahmed ez-Za‘bî), Beyrut 1418/1998, s. 302–303;
- İlmiyye Salnâmesi, s. 328–329;
- Sicill-i Osmânî, II, 271–272;
- Osmanlı Müellifleri, I, 292–293;
- Brockelmann, GAL, II, 226–227;
- Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 172, 266, 279, 352;
- Hediyyetü’l-ʿârifîn, II, 211, 435, 439, 443, 458;
- Kehhâle, Muʿcemü’l-müʾellifîn, Beyrut 1414/1993, III, 584;
- Uzunçarşılı, Osmanlı Tarihi, I, 430;
- a.mlf., İlmiye Teşkilâtı, s. 22, 176, 229–230;
- Cahid Baltacı, XV–XVI. Asırlarda Osmanlı Medreseleri, İstanbul 1976, s. 314, 474;
- Hüseyin Atay, Osmanlılarda Yüksek Din Eğitimi, İstanbul 1983, s. 79;
- Mehmet Şener, Dürer’in Kaynakları, İzmir 1987, s. X–XVI;
- Ahmet Akgündüz, Osmanlı Kanunnâmeleri ve Hukukî Tahlilleri, İstanbul 1990, I, 6, 45, 196;
- Molla Hüsrev Mehmet Efendi: 1400–1480 (ed. Ahmet Hulûsi Köker), Kayseri 1992;
- Franz Babinger, "Husrev", İA, V/1, s. 605–606.