Moldova kinosu

Moldova kinosuMoldovanın kinematoqrafiya və film sənayesi.

Moldova kinematoqrafiyası
Patriya Balt kinoteatrı
Ekran sayı29 (2011)[1]
Əsas distribyutorlarColaj
Elatrentservice
Gaudeamus Cinema[2]
İstehsal olunan bədii filmlər
Uydurma1
Buraxılış sayı (2012)[3]
Cəm598,000
  Adambaşına düşən0.168

Tarixi

1952-ci ildə Kişinyovda xronika və sənəfli filmlər kinostudiyası (1957-ci ildən "Moldova-film") təşkil olunmuşdur. İlk moldav bədii filmi ("Moldav havaları") 1955-ci ildə yaradılmışdır. Moldova kinosunda tarix və vətənpərvərlik mövzusu, eləcə də dövrün problemlərinə həsr edilmiş filmlər başlıca yer tuturdu. Moldova SSR kinosunun "Armageddon" (1962, rejissor M. İzrailev), "Payızın son ayı" (1965, rejissor V. Derbenyov), "Sergey Lazo" (1967, rejissor A. Qordon), "Qətldə ittiham edilirlər" (1969, rejissor B. Volçek), "Leytarlar" (1971, rejissor E. Lotyanu), "Sonuncu qayduk", "Kişi arxa olanda" (1972, 1977, rejissor V. Qajiu), "Dmirti Kantemir" (1973, rejissorlar V. İovitse və V. Kalaşnikov), "Gecə quşunun çığırtısına inanma" (1976, rejissor Y. Burgin), "Qala" (1978, rejissor V. Paskaru), "Şeytan yuvasında" (1981, rejissor V. İovitse) və s. filmləri ən çox tanınanlardandır. 1962-ci ildə Moldova Kinematoqrafçılar İttifaqı təşkil edilmişdir.[4]

İstinadlar

  1. "Table 8: Cinema Infrastructure - Capacity". UNESCO Institute for Statistics. 5 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 November 2013.
  2. "Table 6: Share of Top 3 distributors (Excel)". UNESCO Institute for Statistics. 24 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 November 2013.
  3. "Table: Film installations, 1995-2011". National Bureau of Statistics. 10 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 November 2013.
  4. Молдова ССР. Кино // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 30.

Əlavə ədəbiyyat

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.