Molalan (Lerik)

MolalanAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Molalan kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Molalan
38°50′51″ şm. e. 48°22′44″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 815 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.035 nəf.
Molalan xəritədə
Molalan
Molalan

Toponimiyası

Oykonim talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim "molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq" mənasını bildirir.[2]

Əhalisi

Əhalisi 1150 nəfərdir.[3]

Tanınmış şəxslər

  • İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, “Qızıl Qələm” mükafatı laureatı.

İstinadlar

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  2. Molalan (Lerik) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Xarici keçidlər


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.