Movses Xorenli

Moisey Xorenli[2] və ya Movses Xorenatsi (erm. Մովսես Խորենացի) — erməni tarixçisi, "Ermənistan tarixi" kitabının müəllifi. Dünya akademik elmi onu, yazılarındakı, verdiyi məlumatlardakı İnterpretasiya, interpolyasiyaanaxronizmə görə daha çox qeyri-ciddi qəbul edir və yazdıqlarını şübhə altına alır. Britannika Ensiklopediyasının verdiyi məlumata görə M.Xorenli haqqında məlumatı "Ermənistan tarixi"ndə yazılan avtobioqrafik məlumatlardan başqa heç bir mənbələrdən tapmaq mümkün olmayıb. Ümumiyyətlə, kitabdakı V əsrdən sonrakı dövrə aid olan məlumatların yer alması onun V əsrdə yox, VII-IX əsrlərdə yaşadığına işarə edir. Ona görə də M.Xorenlinin Mesrop Maştotsun tələbəsi və Saak Baqratuni ilə "tanışlığı" şübhə altına alınır. Devid Marşal Lenqin fikrinə görə artıq 1970-ci illərin axırlarında dünyada Sovet Ermənistanından kənarda "Ermənistan tarixi"nin V əsrə aid olduğuna inanan alim yox idi.

Moisey Xorenli
erm. Մովսես Խորենացի
Doğum tarixi təq. 410[1]
Vəfat tarixi 490
Vəfat yeri Ermənistan
Milliyyəti erməni
Fəaliyyəti tarixçi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumiyyətlə, kanonik erməni tarixinə şübhə ilə yanaşan hər bir alim, tədqiqatçi sovet erməni alimləri tərəfindən çox kəskin, "milliyətçi hücumlara" məruz qaldıqlarını qeyd ediblər. Ronald Suni misal kimi, M.Xorenlinin həyat və yaradıcılığını kəskin şübhə altına alan Robert Tompsona edilən "milliyətçi" hücumları göstərir.

Mənbələr

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 325.

Ədəbiyyat

  • Əjdər Tağıoğlu, "Moisey Xorenatsi anonim keşiş müəllifdir", Bakı, "Elm və təhsil", 2016. 127 səh.[3]

İstinadlar

  1. Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974. C. 8. S. 40–41.
  2. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 325.
  3. Erməni tarixşünaslığının şah damarını kəsən əsər Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine — AZƏRTAC

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.