Moe

Moe (萌え, «cazibə, dəlicəsinə sevgi») — otakuların jarqon sözü. Manqa, anime və ya videooyun qəhrəmanına fetiş dərəcəsində fanatlıq deməkdir. Məsələn, meqanekko-moe (眼鏡っ娘萌え, «eynəkli qıza moe») termini insanın eynəkli qızlardan xoşu gəldiyini bildirir. Sonradan bu söz hər hansı bir hobbi və qeyri-seksual fetiş mənasını daşımağa başladı, məsələn, tetsudo-moe (鉄道萌え, «dəmiryolu» + «moe») — dəmiryolu ilə maraqlanmaq.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.