Modul
Modul (ing. module, ru. модуль) - proqramlaşdırmada: müəyyən məsələni yerinə yetirən və ya spesifik mücərrəd verilənlər tipini təsvir edən altproqramlar və verilənlər strukturlarının toplusu. Modullar, adətən, iki hissədən ibarət olur: sabitlər, verilən tiplərindən, dəyişənlərdən və digər modullara vəya altproqramlara müraciət edən altproqramlar özündə saxlayan interfeysdən və modulun məzmunundan – modulun altproqramlarının ilkin mətnlərindən ibarət olan lokal (yalnız bu modulda əlçatan olan informasiya) hissədən ibarət olur.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.