Moai
Moai — Çilinin 3600 km qərbində Pasxa adasında olan hündürlüyü 20 metrəyə çatan daş heykəllər. Heykəlləri kimin, nə vaxt və nə üçün hazırladığı bilinmir. Bir çox alimlər heykəllərin dini məna ifadə etdiyni bildirmişlər. Moai heykəllərinin çoxunun adları vardır. Kişi fiqurlu heykəllər Moai, Kavakava qadın fiqurlu heykəllər isə Moai Pæpæ adlanır. Heykəllərin 1250 və 1500-cü illər arasında inşa edildiyi ehtimal olunur.[1] 887 heykəlin daşınmasını[2] adi insanın edə bilməyəcəyi, elmi yolla isbat olunmuşdur.[3] Ən hündür Moai Parodur. Onun hündürlüyü 10 metr (33 fut) və 82 tondur.[4]
Moai | |
---|---|
27°06′51″ c. e. 109°21′50″ q. u. | |
Ölkə | Çili |
Şəhər | Pasxa adası |
Yerləşir | Pasxa adası |
Tikilmə tarixi | təxm. 1250-1500 |
Vikianbarda əlaqəli mediafayllar |
Heykəllər haqqında
Heykəllərin kim tərəfindən yaradılması haqqında heç bir məlumat yoxdur. İlk dəfə heykəlləri görmüş avropalı, Pater Sebastian Englert hesab olunur. O, apardığı araşdırmalar nəticəsində heykəllərin 638 ədədini qeyd etmiş və nömrələmişdir.Lakin alimin özü sonralarda bildirirdi ki, Pasxa adasında 1000 dən artıq Moai heykəli olmuşdur. Pasxa adasında təbii ehtiyatları az olan, insanların yaşaması üçün əlverişli olmayan bir ada sayılır. Alimləri son illər düşündürən əsas məsələrdən biridə, yaşamaq üçün münbit şəraitin olmadığı adada, daş lövhələrin kənar adalardan hansı yollarla gətirilməsi və burada kimlər tərəfindən hazırlanmasıdır. Heykəllərin ağırlığı 1 və 50 ton arası dəyişir.
Moai heykəlləri insan şəkilli formada olub, ən uzunu 12 metrdir. Heykəllərin hazırlanmasında əsas məmulat kimi, adada olan vulkanın tufundan istifadə edilmişdir. Moai heykəlləri yerindən tərpətmək çox çətin prosesdir. İlk olaraq hər bir heykəllin alt hissəsində panel lövhə olur. Bu panellər heykəlləri bir yerdən başqa bir yerə daşımaq üçün işlədilir. Və hər bir panelin alt hissəsində Ahu adlı daş yerləşir.
Ahu daşları digər daşlardan adi gözlə seçilir. Bir cox alimlər heykəllərin hansı məqsədlərlə hazırlanmasının səbəbinin ahu daşlarının köməkliyi ilə müəyyən etməyin mümkün olduğunu düşünür. Pasxa adasında heykəllər inşa olunan zaman 10 min insan yaşayırdı.Adada söz sahib olan 4 klanın yaşadığı və onların bir-birinin bəhsinə işlər gördüyü bəllidir. Böyük bir ehtimala görə, adada olan Moai heykəlləri klanlar tərəfindən tikilməsinə göstəriş verilmişdir. Avropalılar adaya gələnə kimi, meşə zolağlarının hamısı məhv edildiyindən ada əhalisi 10 min nəfərdən 750 nəfərə kimi azalmışdır. Meşələrdən əldə edilən odun parçalarını Moai heykəllərinin yerini dəyişmək üçün, onlara bəzi bəzəklər vermək üçün işlədiblər.
Pukao
Moai heykəllərinin əsas simvollarından biri hesab olunan, heykəl başlığı. Adada olan bəzi heykəllərinin üzərinə qırmızı rəngli başlıqlar yerləşdirilmişdir.Bunun əsas səbəbi kimi, həmin heykələ digərindən daha çox ehtiram və inamın olduğunu bildirməkdir. Pukao başlıqları scoria adlı vulkanik daşlardan hazırlanırmış və hər birinin ağırlığı 1 tondur. Həmin başlıqların heykəlin ən zərif hissəsinə, heç bir texnoloqiyanın köməyi olmadan yerləşdirilməsi və uzun illər pukaoların yerindən düşməməsi, böyük bir sirr olaraq qalır.
İstinadlar
- Steven R Fischer. The island at the end of the world. Reaktion Books 2005 ISBN1 86189 282 9
- "Easter Island Statue Project". 2009-05-11. 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-16.
- "Rapa Nui National Park". 2011-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-02.
- "New Scientist, 29 July, 2006, pp. 30-34". 2015-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-02.