Moğol memarlığı
Moğol memarlığı — türk memarlığından bəhrələnən xüsusi memarlıq üslubu olub müasir Hindistan ərazisində Böyük Moğol İmperiyası dövründə mövcud memarlıq sənətidir. XVI-XVII əsrlərdə özünün inkişaf dövrünü yaşamışdır.
Xüsusiyyətləri
Moğol imperatorluğu dövründə müsəlman-hind memarlığının bir sıra nümunələri yaradılmışdı. Əkbər şah dövründə Hümayun şahın Dehlidəki məqbərəsi, Aqra və Lahor şəhərində saraylar, Təthpur-Sikri qalası inşa edilmişdi. Əkbər şah Aqra şəhərindən 25 mil aralıda yerləşən, özü tikdirdiyi Təthpur-Sikri qalasında 1569-1584-cü illərdə yaşamışdı.
Tac-Mahal məqbərəsi
Moğol memarlığının ən yüksək nümuməsi Tac-Mahal məqbərəsidir. Moğol imperatoru Cahan şah sevimli arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri üzərində 1630-1652-ci illərdə Tac-Mahal məqbərəsini tikdirmişdi. Bu məqbərə «Hindistanın incisi» adlanır. Ağ mərmərdən tikilmiş məqbərənin memarı usta Məhəmməd İsa Əfəndi, onun köməkçiləri səmərqəndli Məhəmməd Şərif və İstanbullu Xan Rumi idilər. Məqbərə müxtəlif miniatür janrda rəsmlərlə bəzədilmişdir. Hind rəssamlığında miniatür janrı XVI əsrdə üstünlük təşkil edirdi.
Şah Cahan hakimiyyəti dövründə Moğol memarlığı çiçəklənirdi. Cahan şahın dövründə bir sıra dəbdəbəli abidələr yüksəldib.[1]
İstinadlar
- "Tac-Mahal". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-01.