Mizrahi
Mizrahi (çoxluq: Mizrahim, İvrit dili: מזרחים) — Yaxın Şərq, Şimali Afrika, Orta Asiya və Qafqazdakı yəhudilərə verilən ümumi ad. İsraildə "Mizrahi" termini əsasən ərəb dünyasında və qonşu ölkələrdə yəhudilərə aid edilir. Yeri gəlmişkən, İsrail əhalisinin 40%-ni əslən ərəb ölkələrindən gəlmiş yəhudilər və onların nəsilləri təşkil edir.İraq, Suriya, Livan, Yəmən, İran, Əfqanıstan, Buxara, Mooriş yəhudiləri, Bərbəri, Kürd, Azərbaycan, Dağıstan, Hindistan və Pakistan yəhudiləri əsas Mizrahi yəhudiləridir. Mübahisə doğuran digər bir məqam isə XV əsrdə İspaniyadan qovularaq Yaxın Şərq və Şimali Afrika ərazilərində məskunlaşmış Sefard yəhudilərinin nəsillərinin Mizrahi yəhudilərinə aid edib-etməmək məsələsidir. Onlar köçüb gəldikləri ölkələrin çoxunda yerli yəhudilərlə qaynayıb-qarışmış, onların da milli varlığına, mədəniyyətinə təsir etmişdilər. Lakin bəzi ölkələrdə, məsələn, Mərakeşdə ərəb və sefard yəhudiləri uzun müddət bir-birlərinə qarışmadılar və iki fərqli toplum əmələ gətirdilər. O zaman yerli yəhudilər özlərini mustaarabim (ərəbləşmiş yəhudilər) adlandırmağa başladılar. Hər Mizrahi fərqli mənşəli olduğundan fərqli adət və ənənələr var. Ancaq ibadət nümunələri Sefardların ibadət üsullarına çox oxşardır. Bu oxşarlığa görə xüsusilə İsraildə ümumiləşdirmə aparıldığı və Mizrahi yəhudilərinin Səfəradi adlandırıldığı görülür.
Ümumi sayı | |||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Təxminən 3 - 4 Milyon | |||||||||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||||||||
| |||||||||||||||||||||
Dili | |||||||||||||||||||||
İvrit dili, Ərəb dili, Fars dili, Marathi dili, Yəhudi Malayalam dili, Cidi dili, Yəhudi Ərəbcəsi dili, Gürcü dili, Buhori dili, Yəhudi Bərbər dili, Dağ yəhudiləri dili, Yəhudi Aramicəsi dili | |||||||||||||||||||||
Dini | |||||||||||||||||||||
Qohum xalqlar | |||||||||||||||||||||
Sözün tarixçəsi və istifadəsi
"Mizrah" şərq deməkdir, "Mizrahi" də şərqli deməkdir. Mizrahinin ərəb dilindəki qarşılığı Maşrikiyyun, ancaq Suriya, İraq və digər Asiya ölkələrində yaşayanlara deyilir. Şimali Afrikadakılar Mağhrebiyun adlanır[1] və buna görə Mərakeş yəhudiləri Mizrahi adlandırılmasının əleyhinədirlər. İsraildə Mizrahi sözü Qərbi Asiya və Şimali Afrika yəhudiləri üçün istifadə olunur. 90-cı illərdə fəalların səyləri ilə Mizrahi termini daha çox tanındı və qəbul edildi.
Digər sifətlər
Bir çox insanlar (xüsusilə İsraildə) Səfərad və Mizrahi ayinlərinin oxşarlığı üzündən bütün Aşkenazi yəhudiləri Səfərad kateqoriyasına saldılar. Səfəradilərin və Mizrahililərin qarışıqlığının başqa bir səbəbi 1492-ci ildə Səfəradilərin İspaniyadan qovulması və Mizrahililərin yerləşdiyi ölkələrə köç etməsidir. Mühacirətdən sonra keçmişdə daha nüfuzlu kimi qəbul edilən Səfəradiya mədəniyyəti Mizrahilər arasında qəbul olunmağa başladı. Bir mədəniyyətin digər mədəniyyətin altına mənimsənilməsi müxtəlif yollarla baş verdi. Məsələn, İspaniyadan qaçaraq Suriyada məskunlaşan Səfəradilər, Mizrahilərin mədəniyyəti ilə mənimsənildi, Şimali Afrikadakı Mizrahilər isə İspaniyadan qaçaraq bu bölgələrdə məskunlaşan Səfəradilərin mədəniyyətini qəbul etdilər. Ancaq Mərakeşdə Mizrahilər və Səfəradilər uzun müddət bir-birlərinə qarışmadılar və iki fərqli sinif meydana gətirdilər.
Dil
Mizrahi yəhudilərinin əksəriyyəti ərəb dilində danışırdı. İndi yəhudi ərəbcəsi yaşlı nəsillər tərəfindən ikinci bir dil olaraq istifadə olunur. Fəlsəfə, din və ədəbiyyat sahələrində çox sayda əsər ərəb dilində İvrit əlifbası ilə yazılmışdır. Mizrahilərin istifadə etdiyi bəzi dillər Cidi, Gürcücə, Buxoricə, Kürdcə, Yəhudi Bərbərcəsi, Dağ yəhudiləri dili, Marathicə, Yəhudi Malayalamca və Yəhudi Aramicəsi dilləridir. Müasir dövrdə Mizrahi yəhudilərinin böyük əksəriyyəti İsraildə yaşadığı üçün yuxarıda sadalanan dillər onlar tərəfindən unudulmuşdu.
1948-ci il sonrası dağılma
İsrailin qurulması ilə başlayan 1948-ci il Ərəb-İsrail müharibəsindən sonra, Mizrahilərin bir çoxu (təxminən 900.000 nəfər) ölkələrini könüllü olaraq tərk etdi və ya sürgün edildi və İsraildə məskunlaşdı. 1950-1960-cı illərdə bir çox Mizrahi Ərəb hökumətlərinin yəhudi əleyhinə hərəkətləri səbəbiylə evlərini tərk etdi. 1956-cı ildə Süveyş böhranı ilə Misir 25.000 Mizrahi yəhudisini qovdu və digər ərəb ölkələrindəki Mizrahilər onlara etimad göstərərək ərəb ölkələrini tərk etdi. Onların əksəriyyəti İsrailə mühacirət edərkən, Mərakeş və Əlcəzair yəhudiləri Fransaya, Livan, Suriya və Misir yəhudiləri də ABŞ-yə mühacirət etdilər. Bu gün Ərəb olmayan Müsəlman ölkələrdə başda İran, Özbəkistan, Azərbaycan və Türkiyə olmaqla 40.000 civarında Mizrahi vardır[2]. Ərəb ölkələrində yaşayan Mizrahilərin sayı daha azdır. Mərakeşdə 5.000, Tunisdə 2.000 və Livanda 1.000-dən azdır. Hal-hazırda da Mizrahilər İsrail və ABŞ-yə köç edir. Dini tolerantlığın olmadığı ölkələrdə bəzi Mizrahilər edam edildi[3].
İsrail cəmiyyətinə uyğunlaşma
İsrailə mühacirət edən Mizrahilər üçün mədəni sarsıntı səbəbindən cəmiyyətlə ayaqlaşmaq asan deyildi. Moşavim adlı kooperativ kənd təsərrüfatı kəndlərinə yerləşdirilən qaçqın Mizrahilər, ticarət və sənətkarlıq sahəsindəki tarixi istedadlarına görə kənd təsərrüfatı sahəsində uğur qazana bilmədilər və bu, onların sosial-iqtisadi cəhətdən geriləmələrinə səbəb oldu. Mədəni ayrılığa görə Avropa Yəhudiləri Aşkenazi və Orta Şərq Yəhudiləri Mizrahilər arasındakı sosial boşluqlar yarandı. Aşkenazilərin ortalama gəliri Mizrahilərin ortalama gəlirindən 36% daha çoxdur[4].
Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Müqqədəs şəhərlər
Yəhudi bayramları
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Musevi Ayin sistemi
Yəhudi dilləri
Etnik bölünmələr
Musəvi məzhəbləri
Dini obyektlər
Musevi duaları
Digər dinlərlə əlaqələr
|
İstinadlar
- Orta çağ ve erken modern zamanlarda Kuzey Afrika için İbranice ma'arav kullanılırdı. Talmud'un yazıldığı zamanlarda ise ma'arav İsrail toprakları için kullanıldı.
- Dünyadaki Yahudi Nüfusu Arxivləşdirilib 2015-06-13 at the Wayback Machine, The Jewish Virtual Library
- The Jews of Iran Arxivləşdirilib 2010-12-27 at the Wayback Machine, The Jewish Virtual Library
- "İbranice PDF Dosyasi" (PDF). 2005-12-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-18.
Xarici keçidlər
Təşkilatlar
- JIMENA Jews Indigenous to the Middle East and North Africa (İngilis dili)
Məqalələr
- The Middle East's Forgotten Refugees Mizrahi mültəcilərinin hekayəsi, Semha Alwaya ('İngilis dili)
- Moshe Levy Bir İraq Yəhudisinin İsrail donanmasındaki əhvalatı (İngilis dili)
Camaatlar
- PersianRabbi.com Arxivləşdirilib 2018-12-28 at the Wayback Machine İran Yəhudileri Camaatı (İngilis dili)
- Kurdish Jewry Arxivləşdirilib 2018-10-15 at the Wayback Machine Kürd Yəhudileri (İvrit dili)
- Iraqi Jews New York-daki İraq Yəhudi Camaatı (İngilis dili)
- Historical Society of Jews from Egypt Misir Yəhudiləri (İngilis dili)
- Harissa.com Arxivləşdirilib 2008-05-01 at the Wayback Machine Tunis Yəhudiləri (Fransız dili)
- Zlabia.com Əlcəzair Yəhudiləri (Fransız dili)
- Dafina.net Mərakeş Yahudiləri (Fransız dili)