Miyanə
Miyanə (yerli əhali arasında Miyana olaraq da adlanır) (fars. میانه) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi.
Miyanə | |
---|---|
میانه | |
37°25′16″ şm. e. 47°42′54″ ş. u. | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 423 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir.
Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir.
1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir.
Etimologiyası
Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar.
Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə[2], rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır.[3]
Tarixi
Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
Miyanənin ətrafında Miyana çayı (buna Şəhri çayı da deyilir), Qaranqu, Ayıdoğmuş və Qızılüzən adlanan dörd çay axır.
Bu çayların üçü şəhərdən təxminən dörd kilometr aralı, cənub-şərqdə yerləşən "Miyana körpüsü"nün 3–4 metrliyində birləşib körpünün altından keçir. Miyana körpüsü 24 gözdən ibarət olub, qədim körpülər kimi tağ üsulu ilə tikilmişdir. Körpünün eni təxminən 5 metr, uzunu 300 metr, hündürlüyü isə 10 metrə yaxındır. Hər gözün arası təxminən 12 metrdir.
Miyana ətrafındakı ikinci qədim və maraqlı körpüyə Qız körpüsü deyilir. Qız körpüsü də XIII–XIV əsrlərin, monqolların hakimiyyəti dövrünün məshuludur. 1527-ci ildə Məhəmməd bəy Mosillinin qızı Şah Bəyimxanım körpünü təmir etdirmiş, bəlkə də elə buna görə körpü Qız körpüsü adlandırılmışdır. Bu körpü Qızılüzən çayının üstündədir.
Qız körpüsünün qərb sahilində Qaflantı dağından böyük, sıldırım bir qayanın üstündə hündürlüyü 14 metr olan bir qala tikilmişdir ki, buna "Qız qalası" deyilir. Qaflantıda Qız körpüsünün sağ sahilində Şah Abbas karvansarası adlanan bir bina var ki. Bu, Miyana ətrafında olan iki karvansaradan biridir. Tarixçilərin və xalqın dediyinə görə, Səfəvilər sülaləsinin beşinci şahı, I Şah Abbas hakimiyyəti tabeliyində olan ərazidə İraq və Xorasandan Tiflisə qədər 999 karvansara tikdirmişdi. Həmin karvaransaralardan ikincisi Miyanadan 30 kilometr aralı (indiki Miyanə şəhristanının Kağızkonan bəxşinin Qaflankuh-i Şərqi dehistanı ərazisindəki) Camalabad kəndindədir.[4]
XIV əsrə qədər şəhər müxtəlif dövlətlər tərəfindən hücuma məruz qalıb və əldən ələ keçib. 1747-ci ildən 1819/1822-ci illərə qədər Miyanə və bütün Gərmərud mahalı da Sərab xanlığının tərkib hissəsi idi.
Məşhur şəxsləri
Həmçinin bax
İstinadlar
- جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
- Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi. Mirzəzadə Reyhan. Zərdabi LTD MMC. Bakı 2016https://ebooks.az/book_CSUpMbVt.html Arxivləşdirilib 2022-03-06 at the Wayback Machine
- Бартольдъ, Василий Владимировичъ. Историко-географическій обзоръ Ирана. С.–Петербургъ 1903. http://books.e-heritage.ru/book/10080875 Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine
- "Arxivlənmiş surət" (PDF). 2022-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-05.