Mixail Velikanov
Mixail Velikanov — Sovet hərbi xadimi, 2-ci dərəcəli komandarm. Aprel işğalında və Gəncə üsyanının yatırılmasında iştirak edib.
Mixail Velikanov | |
---|---|
rus. Михаил Дмитриевич Великанов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 dekabr 1892 |
Doğum yeri |
|
Vəfat tarixi | 27 iyul 1938[1] (45 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | piyada |
Rütbəsi | 2-ci dərəcəli komandir[d] |
Döyüşlər | |
Təltifləri |
Həyatı və fəaliyyəti
Həyatının ilk dövrləri
8 yanvar 1893-cü ildə Ryazan quberniyasında ruhani ailəsində anadan olub. Bir müddət müəllim kimi fəaliyyət göstərib. Birinci Dünya Müharibəsinin başlaması ilə Rusiya ordusuna çağırılıb. 1915-ci ildə Pskov Zabitlər məktəbini bitirir. Şimal cəbhəsində döyüşən 12-ci ordunun 436-cı Novoladojskiy piyada alayının tərkibində döyüşlərdə iştirak edib. Bu dövrdə podporuçik rütbəsinə qədər yüksəlir.
Vətəndaş müharibəsi
1918-ci ilin fevral ayından Qırmızı Orduya daxil olur və Şərq cəbhəsindəki Kozlovskiy dəstəsinin batalyon komadiri təyin edilir, iyul ayından həmin dəstənin komandir köməkçisi olur. 1918-ci ilin iyul ayından Şərq cəbhəsindəki 2-ci Simbir alayının komandiri olur. Onun adı ilə Qırmızı Ordunun ilk böyük qələbələrindən biri əlaqəlidir. Bu qələbə nəticəsində bolşeviklər 1918-ci ilin oktyabr ayında Simbirski ələ keçirdilər.
1918-ci ilin dekabr ayından 24-cü Simbirsk Dəmiryolu Atıcı Diviziyasının bir briqadaslna komandirlik edib və bu briqda ilə 1919-cu ilin yanvar ayında Uralskın alınmasında fərqlənib. 1919-cu ilin fevral mart aylarında 25-ci atıcı diviziyanın əvvəlki komandiri Vasiliy Çapayev Qırmızı Ordunun Hərbi Akademiyasında təhsil alanda onun vəzifəsini müvəqqəti olaraq Velikanov icra edir. 1919-cu ilin mart aprel aylarında Ufa hərbi dəstəsinə rəhbərlik edib. 1919-cu ilin aprel iyun aylarında isə Orenburq şəhərinin 70 günlük müdafiəsində bir qrup hərbiçiyə rəhbərlik edib və xüsusi fərqlənib.
1919-cu ilin yayında Cənub cəbhəsinə göndərilib və Denikinə qarşı mübarizə aparmaq üçün 20-ci atıcı diviziyaya komandir təyin edilir. Sonradan Şimali Qafqazdakı hərbi əməliyyatlarda, Dərbəndin, Petrovskun, Temir Xan Şuranın işğalında iştirak edib. 1920-ci ildə Aprel işğalında iştirak edib. 22 may 1920-ci ildən 3 iyun tarixinə qədər Gəncə üsyanının yatırılmasında iştirak edib. 1921-ci ilin yanvar, mart aylarında sovet-gürcü müharibəsində iştirak edib. 1921-ci ilin mart ayından may ayına qədər isə daşnaklara qarşı baş tutan İrəvan əməliyyatının iştirakçısı olub.
Müharibədən sonrakı dövr
1922-ci ildə Qırmızı Ordunun yüksək hərbi akademik kurslarını bitirir. 12 sentyabr 1922-ci ildən 1 dekabra qədər 1-ci Qafqaz atıcı diviziyasının, sonradan isə atıcı korpusunun komandiri olub. 1923-cü ildən Şimali Qafqaz hərbi dairəsi və Volqayanı hərbi dairəsinin komandir köməkçisi olub. 1924-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. 1928-ci ildə Frunze adına Hərbi Akademiyada yüksək kommunist heyətin təkmilləşdirmə kurslarını bitirir. 1928-ci ildən etibarən ardıcıllıqla Sibir hərbi dairəsinin, Orta Asiya hərbi dairəsinin və Moskva hərbi dairəsinin komandir köməkçisi olub. 1930-cu ildə yenidən Şimali Qafqaz hərbi dairəsinin komandir köməkçisi olur.
1933-cü ilin dekabr ayından Orta Asiya hərbi dairəsinin komandiri təyin olunur. 1935-ci ilin noyabr ayında komkor hərbi rütbəsi alır. 1937-ci ilin iyun ayənda Zabaykalsk hərbi dairəsinin komandiri təyin edilir. 15 iyun 1937-ci ildə 2-ci dərəcəli komandarm hərbi rütbəsi alır. 1934-1937-ci illərdə SSRİ Xalq Müdafiə Komissarlığının nəzdində Hərbi şuranın üzvü olub.
Ölümü
28 noyabr 1937-ci ildə tutduğu vəzifəsindən uzaqlaşdırılıb, 20 dekabr tarixində isə həbs olunub. 26 iyul 1938-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarı Nikolay Yejov tərəfindən Stalinə göndərilmiş birinci dərəcəli güllələnməli olan 138 Fəhlə-Kəndli Qızıl Ordusunun komandirləri siyahısında adı olub. 29 iyul 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfdən ən yüksək cəzaya məhkum olunmuş və elə həmin gün güllələnmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən 1 sentyabr 1956-cı ildə bəraət alıb.
Mükafatları
- Dəfnə yarpağı budaqlı IV dərəcəli Georgiyevsk xaçı (26 oktyabr 1917-ci il)
- Qırmızı Bayraq Ordeni (30 aprel 1920-ci il)
- Azərbaycan SSR Qırmızı Bayraq Ordeni (1921-ci il)
- Ermənistan SSR Qırmızı Bayraq Ordeni (28 oktyabr 1924-cü il)
Xatirəsi
İstinadlar
- Великанов Михаил Дмитриевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.